Sağ ikən, bəziləri onu şarlatan, bəziləsi isə dahi adlandırırdı. Onu iki kəşfi ölümsüzləşdirdi: o, insan yuxusunun sirlərini aşkar etdi və insan şüuraltının açarını tapdı. Ziqmund Freydin sitatları isə insanları kitab kimi oxumağımıza kömək edəcək:
- Şəxsiyyətinizin sahəsi, sizi özünüzdən çıxaran problemin həcmi ilə ölçülür.
- Depressiyaya düşmədən və özgüvəninizin olmadığını düşünmədən öncə, axmaqlarla əhatə olunmadığınızdan əmin olun.
- İnsanı xoşbəxt etmək, dünyanın yaradılış planına daxil deyildi.
- Həyatın mənası və dəyəri haqqında düşündüyü an, insanı dəli adlandırmaq olar.
- Daş əvəzinə söyüş atan ilk insan, sivilizasiyanın banisi olmuşdur.
- Mükəmməl, əbədi və nifrətdən təmizlənmiş sevgi, yalnız aludəçi və narkotik arasında mövcuddur.
- İnsan xaricən nə qədər qüsursuzdursa, daxilən o qədər şeytanlarla doludur.
- Tənqid olunduğum zaman, özümü müdafiə edə bilərəm. Tərif aldığım zaman isə mən gücsüzəm.
- Heç vaxt aşiq ikən olduğumuz qədər aciz, eşqimizi itirdiyimiz zaman olduğumuz qədər ümidsiz olmuruq.
- Axmaqlığın ilk əlaməti utancın yoxluğudur.