Klara Yusifzadə və ya Zerkalo Klara — Azərbaycanın tanınmış oğrusu
Azərbaycanda tarixdə qalan məşhur qadın cinayətkarlardan biri də Zerkalo Klara olub. Zerkalo Klara… Əsil adı – Klara Yusifzadə. 1934-cü ildə Şuşada Azərbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirmişdir. Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir. Maraqlısı odur ki, arxivdə bütün sənədlərdə onun adı “KlaraYusifzadə Ağababa oğlu” yazılıb. Zerkalo Klara kişi qeyrətli qadın “Pristupnik” olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya diyib ki, “Qadından Oğru olmaz”.. Amma Pristupni Mirdə öz əməlləri ilə, zəhmətlərinə görə onları “Vorovixa” kimi qəbul ediblər! Zerkalo Klara 50-60-cı illərdə “Pəncəli Aslan” və “Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi “banda”nın üzvü olub, həmin məhşur “banda” Azərbaycanın kriminal tarixində “Qara Volqa” kimi tanınıb
Ömrünün 32 ilini dəmir barmaqlıqlar arasında keçirən, Azərbaycan qadını olan Zerkalo Klara bu etirafı etmişdir: