12 dekabr müğənni Zayn Malikin doğum günüdür. Bu münasibətlə onun haqqında 12 faktı sizinlə paylaşırıq.
- 1993-cü il təvəllüdlü ulduzun anası Tricia Brannan Malik ingiltərəli atası Yaser isə isə pakistanlıdır. Zayn ailənin tək uşağı deyil onun 3 bacısı var.
- Onun soyadı ərəb dilindən tərcümədə “kral”, adı isə “yaraşıqlı” deməkdir.
- Zaynın ulduzu X-factor yarışmasında parlamışdır. Qalib olmasa da o, münsiflərdən birinin qəlbini fəth etmişdi. Daha sonra münsif qrup yaratmaq fikrinə gəlmiş və Zayna qrupun üzvü olmağı təklif etmişdir.
- Zayn qaranlıqdan, sudan və hündürlükdən qorxur.
- Sevdiyi kitab J. K. Rowlingin “Harry Potter” kitabıdır.
- Zayn müsəlmandır və Quran oxumağı sevir.
- Müğənnilik karyerasından əvvəl o, ingilis dili müəllimi olmaq istəyirdi.
- Zayn siqaret aludəçisidir. Və bu pis vərdişdən qurtula bilmir.
- Ən sevdiyi yeməklər toyuq yeməkləridir.
- Ən sevdiyi rəng isə qara.
- Zayn yemək bişirməyi də çox sevir. Xüsusilə piroq hazırlamağı.
- Musiqi Zaynın yeganə maraq dairəsi deyil, o həm də rəsm çəkməyi çox sevir.