Günümüzdəki tükətim topluluğu bir-biri ilə rəqabət aparmaq üçün müxtəlif strategiyalar inkişaf etdirir. Xüsusilə moda dünyasında bu rəqabət daha çoxdur. Yüzlərlə marka hər il alıcıya xitab etməyə və gəlirlərini artırmağa çalışır. Təbii ki, rəqabətin bu qədər qızışdığı ortamlarda yerlərini qorumaq və strategiyalarını yaxşı müəyyən etmək lazımdır. “Zara” da bu markalardan biridir. Qlobal marka olan “Zara”nın xaricdə çalışan köhnə işçilərindən birinin etdiyi satış etiraflarına birlikdə nəzər salaq.

1. “Zara” işçiləri mağazada bəyəndikləri paltarları almırlar.
“Zara” işçiləri çox bəyənsələr belə, mağazadan paltar almırlar. Onun yerinə online alış-veriş edirlər ki, paltarları online mağaza üzərindən dəyərləndirə bilsinlər. Həm də real alıcılar online alış-veriş edərkən o paltarın daha əvvəl də alındığını görüb, daha əmin olsunlar. Eyni zamanda bəyəndiyiniz məhsulu mağazada tapa bilməsəniz, internetdən də ala bilərsiniz.

2. Bir məhsulu bəyənib səhəri gün almağa gəlsəniz, tapa bilməyəcəksiniz.


Satış əsnasında mağazadakı paltarlar daşınır. Bu kolleksiyaların dəyişməyinə inanmağınız üçündür. Bir gün əvvəl gördüyünüz paltarı səhəri gün həmin yerdə tapa bilməyəsiniz deyə yerlərini dəyişdirir və ya arxa hissələrə qoyurlar ki, onun tükəndiyini düşünəsiniz. Bu da sizi paltarı “tükənmədən” almaq üçün hərəkətə keçirən bir hiylədir.

3. Bütün işçilərə endirim kartları verilir.
Zara işçilərinə verilən endirim kartları sadəcə “Zara”da deyil, İspan Inditex şirkətindəki bütün mağazalarda keçərli olur. Bu kart, Pull & Bear, Massimo Dutti, Oysho, Bershka, Zara Home, Stradivarius kimi mağazalarda da keçərlidir.

4. Mankenlərə geyindirilən paltarlar xüsusilə seçilir.

A Former Zara Employee Talks About the Tricks This Brand Uses to Lure Us In
Bəzi insanlar ən bahalı modellərin mankenlərin üzərində olduğunu düşünür, amma bu elə deyil. Hər bir ölkədə, ən çox satılan və maraq görən tərz paltarları mankenlərin üzərinə geyindirirlər ki, daha çox müştəri cəlb etsinlər.

5. Kolleksiyalar fərqli keyfiyyətlərdə hazırlanır.

A Former Zara Employee Talks About the Tricks This Brand Uses to Lure Us In
“Zara”nın 4 kolleksiyası var: Basic, Woman, TRF və Studio. Basic kolleksiyası əsasən gündəlik paltarlar üçün nəzərdə tutulub, Zara Woman isə xüsusi dizayn edilmiş və keyfiyyətli modellərə sahibdir. TRF isə küçə stilini sevənlər üçün daha çox sport tərzdə olan paltarlardan ibarətdir. Zara Studio isə hər mağazada satılmayan, amma internet üzərindən asanlıqla sifariş edə biləcəyiniz premium paltarlardan ibarətdir. Təbii ki, bu kolleksiyaların qiymətləri və keyfiyyətləri də bir-birindən fərqlənir.

6. Əgər mağazada bir paltarın tək bir bədəni varsa, buna diqqət etməlisiniz.
Əgər sevdiyiniz paltarın sadəcə bir bədəni qalıbsa, panikaya gərək yoxdur. Ordakı işçilərdən sizə uyğun bədəni olub olmadığını soruşun. Məsələ budur ki, mağazalar bunu qəsdən edir ki, sizdə “bu məhsul tükənir, tükənmədən alım” fikri yaratsın.

7. Mağazalardakı kombinasiyalar da strategiya məhsuludur.

A Former Zara Employee Talks About the Tricks This Brand Uses to Lure Us In
Rəflərə diqqətlə baxsanız, yan-yana qoyulmuş məhsulların hamısı bir-birinə uyğun olaraq yerləşdirilib. Bu müştərilərin tək bir şeyi deyil, bütün kombiyasiyanı almağa vadar etmək üçün quraşdırılmış bir strategiyadır.

8. Lüks markaların modelləri kopyalanır.

A Former Zara Employee Talks About the Tricks This Brand Uses to Lure Us In
Bildiyiniz kimi Zara əslində büdcə markasıdır. Bu səbəblə də hər kəs ala bilsin deyə, lüks markaların modellərinin kopyaları və ya yarı kopyaları dizayn edilib, satışa buraxılır. Eyni zamanda da bu, siz dünya trendlərindən geridə qalmayasanız deyə edilir.

9. Ara fəsillər yerinə yay və qışda alış-veriş daha sərfəlidir.
“Zara”da böyük satışlar ildə 2 dəfə olur: Qış endirimi və yay endirimi zamanı. Qış endirimi yeni ildən öncə başlayır və yanvar ayının sonuna qədər davam edir. Yay endirimi isə yayın ortasında başlayıb sonuna qədər davam edir. Bu səbəblə endirimləri gözləyib, bəyəndiyiniz məhsulları daha uyğun qiymətə ala bilərsiniz.