1. Məsuliyyət hissi.
Yaşadığımız həyata görə məsuliyyət öz çiyinlərimizə düşür. Hər birimiz malik olduqlarımız (yaxşı/pis) qarşısında məsuliyyət daşıyırıq. Zəngin insanlar yaxşı bilirlər ki, insan nəyə malikdirsə, demək ki o qədər qazanıb. Zəngin insanlar ilk növbədə öz şəxsiyyətləri qarşısında fəaliyyətlərinə görə məsuliyyət daşıyırlar. Buna görə də onlar heç vaxt şikayət etmirlər və onların özlərinə yazığı gəlmir.
2. Alicənablıq, nəciblik.
Bunu özünü qurban vermə və fəda etməklə qarışdırmaq olmaz. Alicənablıq tam ürəkdən gəlməlidir və qarşılıq güdməməlidir. İnsanlardan qarşılıq güdməsəniz, həyat sizi xoş qarşılayacaq hər zaman.
3. Sevimli işlə məşğul olmaq.
Düzgün seçilmiş məşğuliyyət və ən əsası sizin təkcə mənfəət yox, həmçinin zövq ala biləcəyiniz iş sizə uğur, xoşbəxtlik gətirəcək. Sevimli işinizi biznesə çevirin. Bunun çox sadə formulu var: Biznes= hobbi + pul
4. Zənginliyin hisslər, emosiyalar və ruhsal vəziyyətlə ölçülməsi.
Uğurlu insan xoşbəxtliyi təkcə manat, dollar və ya avro ilə ölçmür. Uğurlu insanın şəxsi xoşbəxtlik ölçü vahidləri mövcuddur. Zəngin insan ilk növbədə daxilən özünü zəngin hiss etməlidir.
5. Rasional maliyyəidarəetməsi.
Xərclərə nəzarət etmək lazımdır. Məlumdur ki, pullar pul gətirir və insanın maliyyə imkanları artdıqca onun tələbləri də artır. Xərclərinizi, gəlirlərinizi və ehtiyat resurslarınıza nəzarət edin.
6. Mənfəət perspektivdə olmalıdır: bu gün iş, sabah uğur.
Zəngin insanlar həmişə keyfiyyət güdür və uğurlu gələcək üçün çalışır.
7. Şükranlıq.
Həyatınıza, malik olduqlarınıza şükr edin. Ən kiçik şeylərdən belə zövq almağı bacarın. Pozitiv olun! Niyyətin hara, mənzilin ora!
8. Özünüzü başqaları ilə müqayisə etməyin.
Uğurlu insan özünü daha uğurlu birisi (öz qüsurlarını görmək üçün) və ya daha aşağı birisi ilə (öz yüksəkliyini görmək üçün) müqayisə etmir. Uğurlu insan özünü “dünənki mən” ilə “bugünki mən” arasında müqayisə edir.
9. Zənginliyin pullarla deyil, bacarıq və təşəbbüslə ölçülməsi.
Əsl zənginlik pul deyil, onları yaratmaq, artırmaq və düzgün istiqamətdə sərmayə etmək bacarığıdır.