Ana vətəni Asiyanın tropik bölgələri olan zəncəfil Avstraliya, Braziliya , Çin , Hindistan , Yamayka , Qərbi Afrika və ABŞ –ın tropik bölgələrində də yetişdirilir. Müxtəlif narahatlıqların müalicəsində və yeməklərdə ədviyyat kimi istifadə olunur. Ağ ( bəzən sarıya çalan yaşıl ) çiçəkləri olur. Zəncəfilin istifadə olunan bölümü torpaq altında bej rəngli kök –sapıdır. Zəncəfil yumru şəklində bir-birinə keçmiş yuvarlaqlar kimi görünən bir kökə sahibdir .

Zəncəfilin istifadəsi :

1-Zəncəfil çaylarla birlikdə içilə bilər , yaş zəncəfil dilimlənərək çaya əlavə olunaraq istifadə olunur.

2-Toz halındakı zəncəfil bal ilə qarışdırılaraq qəbul edilir.

3- Ayrıca çay , bal , zəncəfil qarışımı da olduqca xeyirlidir .

4- Bunlardan fərqli olaraq zəncəfil “toz olaraq “  1 qramlıq dozalarla birbaşa qəbul oluna bilər.

5-Zəncəfilin başqa formada istifadəsi yeməklərə , şirniyyatlara əlavə etməkdir.

 

Zəncəfilin faydası  :

-mədə bulanmasını aparar ;

-dəniz tutmasına yaxşı gələr;

-həzmi tezləşdirər ;

-xronik ağrıları azaldar ;

-revmatizm ağrılarına təsir göstərər;

-boğaz ağrısına xeyirdir;

-tərləməni artıraraq qızdırmanı aşağı salar.