Həcc ziyarəti üçün Məkkəyə üz tutanların ən çox maraq göstərdiyi yerlərdən biridə İslam Əsərləri Muzeyidir. Muzeydə Məkkə, İslam tarixi ilə bağlı bir çox maraqlı eksponant yer alıb. Bunlarında arasında Məscid-i Haram və Məscid-i Nəbəvi də var. Muzeydə həmçinin Kəbənin osmanlı dövründə istifadə edilən taxta minbəri,daş kitabalər, Kəbənin köhnə qapıları və sairədə sərgilənir.
Muzeydəki maraq çəkən əşyalardan biridə Zəmzəm suyunun quyusudur. Keçmişdə su belə quyulardan çəkilərdi. Sonradan Səudiyyə ərəbistanı rəhbərliyi təvaf yerini genişləndirmək məqsədi ilə quyunu yerin altına endirdi. Bu gün yeraltı quyudan su nasoslar vasitəsilə çıxarılır.
Kəbənin qapısı müəyyən zamandan bir açılır və içəriyə təkərli nərdivanla girilir. Muzeydəki taxta nərdivar Osmanlı zamanından qalıb.