Diabet.

 Yuxu çatışmazlığı və diabet arasındakı əlaqə yüksək piylənmə riskindən başlayır. Bundan əlavə olaraq pis, natamam yuxu maddələr mübadiləsinin tənzimlənməsində cavabdeh olan hormonların funksiyasına mənfi təsir göstərir. Yuxu həmçinin, sinir sisteminin parasimpatik aktivliyin aşağı salır, hansı ki, bu, qanda insulinin tənzimlənməsində böyük rol oynayır.

Uzun ömür.

Tədqiqatlar göstərmişdir ki, 7 saatdan az və 8 saatdan çox yuxu yatan insanlar 30% çox daha tez ölmək riskinə məruz qalırlar.

İltihabi hallar.

Yuxunun məhdudlaşdırılması qanda iltihabi markerlərin faiz nisbətini artırır. Bu isə bir çox ürək xəstəliklərinin yaranmasına səbəb olur. Ən qorxulusu isə xroniki yuxususzluq 90% hallarda gələcəkdə ürək çatışmazlığına səbəb olur.

Yaddaş.

Dərs oxuyandan sonra yatmaq, aldığımız biliklərin möhkəmlənməsinə səbəb olur. Daimi yuxusuzluq isə yaddaş zəifliyi, fikir dağınıqlığı, zəif qavrama kimi problemlərə yol açır.

Depressiya.

Stress və depressiya birbaşa olaraq yuxusuzluqdan asılıdır. Yuxusuz qaldıqda insanın həm fiziki, həm də mənəvi fəaliyyəti zəifləyir. Bu vəziyyətdə insan ətraf mühitin mənfi, dağıdıcı təsirinə qarşı dözümsüz olur. Buna görə də stress və depressiya yaranır.

Piylənmə.

20 min iştirakçısı olan 3 illik tədqiqat göstərmişdir ki, 5 saatdan az yuzu yatan insanlar piylənməyə, kökəlməyə meyilli olur.