Yuxunun idarə edilməsini öyrənmək “Lucid dream”-in (anlayışlı yuxunun) bir hissəsidir. Bunun üçün sadəcə yuxu görmək kifayət deyil, siz yuxu dünyasının qaydalarını öyrənməlisiniz. Müəyyən üsullarını və texnikaları öyrənməklə siz xəyal dünyanızda istədiyiniz hər şeyi edə bilərsiniz. Çox uzatmadan, bir neçə “Lucid dream” mövzularına keçək.

Yuxuda necə uçmaq olar?

tumblr_ndpkcwprh81rn2lrdo1_500
Anlayışlı yuxunu öyrənənlər ilk öncə yuxuda necə uça biləcəyini düşünür. Bu ümumi arzudur və əminəm ki, anlayışlı yuxunu bilən hər kəs bunu nə vaxtsa edib, ancaq yuxudakı uçuşa nəzarət etmək o qədər də asan deyil. İnsan normal həyatda uça bilmədiyi üçün, şüurlu beyinin yuxuda buna inanması çətindir.

Siz ya yüksəklikdə olmalısınız, ya da özünüzü buna inandırmalısınız. Bu fiziki deyil, ruhidir. İnanmaq və uçduğunuzu görmək üçün yuxu məkanında hoppanmaq və ya fırlanmaqla başlamalısınız. Tədricən daha yüksəyə qalxmağınız lazımdır. Unutmayın ki, bu yuxudur və siz zədə ala bilməzsiniz. Təcrübə göstərir ki, siz buludlardan yüksəkdə olacaqsınız, superman kimi şəhərin üzərində uçacaqsınız. Əgər istəsəniz, uçmaq üçün yardım da ala bilərsiniz. Bu nəhəng qanadlardan tutmuş əjdahanın belində uçmağa qədər hər şey ola bilər 🙂

Yuxuda məkanı necə dəyişmək olar?

uoi5dcqrYuxu səhnəsini gözləriniz qarşısında canlandırmaq çətin ola bilər, çünki, ilk növbədə siz bunun baş verəcəyini gözləmirsiniz. Əlbəttə, əgər yuxunun idarə olunmasından söz gedirsə, hər zaman başqa üsul vardır. “Lucid dream” araşdıranlar yuxu məkanını dəyişdirməyin bir neçə yollarını tapmışdırlar. Məsələn, mən çölün ortasındayam, ancaq yemək yemək istəyirəm. Beləcə mən məntiqi yuxu tətbiq edirəm.

Təsəvvür edirəm ki, dayandığım məkanda məndən iki addım arxada restoran var və mən ora daxil olub pulsuz yemək sifariş verirəm. Bəzən mən yuxu qapısını tapıb oradan çıxmaq üçün addım atıram. Ya öz yuxunuzu qurun, ya da yuxunun sizi istədiyi yerə aparmasına icazə verin. Siz bunu güzgü ilə də edə bilərsiniz. Ən vacib amil məkanın dəyişməsinə həqiqətən inanmaqdır.

Zamanı vasitəsilə necə səyahət etmək olar?

apps-lucid-dreaming-headerYuxunun idarə olunmasında asan üsul zaman vasitəsilə səyahətdir. Özünüzü buludların üzərində təsəvvür edin, geri dönərkən zamanın və məkanın dəyişəcəyini düşünün. Bu ani zaman səyahətidir. Və ya öz zaman maşınınıza daxil olun, bütün düymələri basın, özünüzü zaman səyahətinə inandırdıqdan sonra zaman maşınından çıxın.

Hər iki metod zaman və məkan dəyişmək üçündür, siz bu üsullarla başqa ölkəyə, başqa planetə gedə bilərsiniz. (Təbii ki, yalnız yuxuda 🙂 )

Sizin istəyinizlə bu mövzu haqqında gələcək yazılarda da məlumatlar və üsullar ola bilər…