Yuxu zamanı biz istər-istəməz iflic vəziyyətində oluruq, lakin bunun bizə xeyiri var, çünki belə olmasaydı biz yuxuda gördüyümüz hərəkətləri yatılı vəziyyətdə həyata keçirərdik.
Xarici mühit və qıcıqlandırıcı amillər yuxuma təsir edir. Hər birimiz belə bir halla qarşılaşmışıq ki, süuraltı təfəkkürümüz yuxu zamanı fiziki hissiyatlarımızı işə salır. Məsələn, yuxu zamanı susamış insan yuxuda su stəkanı görür. Şüuraltı siqnallar insan oyanıb real həyatda su içənə kimi yuxuda insana su “nümayiş etdirir”. Bu proseslə şüuraltı təfəkkür insanı fiziki tələblərini yerinə yetirmək üçün oyanmağa sövq edir.
Əvvəllər siqaret çəkib sonra bu zərərli vərdişi atan insanlar daha rəngli yuxular görürlər.
Rəngli yuxular görmək hər kəsə məxsus xüsusiyyət deyil. Görmə qabiliyyəti yerində olan insanların 12%-i ancaq ağ-qara yuxular görür.
Ancaq həyatda gördüyümüz şeyləri yuxuda görürük. Çox vaxtı yuxuda tanımadığımız insanları görürük, lakin unutmaq lazım deyil ki, təfəkkürümüz insan simaları yarada bilmir. Buna görə də əminliklə deyə bilərik ki, yuxuda görüb tanımadığımız insanlar həyatda görüb sadəcə unutduğumuz simalardır.
Kişilər və qadınlar eyni dərəcədə yuxu görürlər. Sadəcə bir fərq var: kişilər yuxuda ən çox əks cinsin nümayəndələrini görürlər. Qadınlar isə hər iki cinsin nümayəndəsini yuxuda eyni miqdarda görürlər.
Gördüyümüz yuxuların 90%-ni oyandıqdan 5 dəq sonra unuduruq.
Görmə qabiliyyəti olmayan insanlarda yuxu görür. Anadan gəlmə görmə qabiliyyəti olmayan insanlar yuxuda şəkillər görməsə də, səs,qoxu və taktik hissiyatları hiss edir. Sonradan görmə qabiliyyətini itirmiş insanlar sağlam insanlar kimi adi, rəngli/rəngsiz şəkilli yuxular görürlər.
İnsan yatarkən xoruldayırsa, o yuxu görmür. Kiçik uşaqlar 3 yaşına kimi yuxularında özlərini görmürlər. 3 yaşından 8 yaşınadək uşaqlar böyüklərin görmədiyi qədər qorxulu yuxular görürlər