Qida kimi yulafın daimi istifadəsi ümumi sağlamlıq halını yaxşılaşdırar, dərmanlarda qənaətçilik etməyə kömək edər və nəhayət doyumlu səhər yeməyi kimi gün ərzində metobolizmi yaxşılaşdırar. Yulaf bir neçə ildir ki, sağlam həyat obrazının əsas ünsürlərindən biridir. Yulaf haqqında bir neçə mühüm faktı sizə təqdim edirik:
1. Yulaf özündə böyük miqdarda antioksidant saxlayır. Antioksidantlar – bədənimizin müxtəlif infeksiyalara qarşı müqavimətini artıran maddələrdir.
2. Yulaf mərkəzi sinir siteminin normal fəaliyyəti üçün lazım olan və əvəzolunmaz amin turşularla (metonin) zəngindir.
3. Yulafın tərkibində olan zülal və sellülozanın zənginliyi maddələr mübadiləsini tənzimləyir, əzələ kütləsinin artımına kömək edir.
4. Yulaf yarmasının tərkibindəki fosfor və kalsiy sümüklərin düzgün inkişafına və formalaşmasına səbəb olur. Tərkibindəki dəmir isə qan azlığının profilaktikasıdır.
5. Yulaf bağırsağı şlaklardan əla təmizləyici vasitədir. Yulaf həzm sisteminin fəaliyyətini stimullaşdırır, müxtəlif xora xəstəliklərinin yaranmasına mane olur, mədə xərçənginin yaranmasına imkan vermir.
6. Yulaf B vitamini ilə zəngindir. B vitamini dərinin sağlamlığı, parlaqlığı üçün olduqca vacib bir elementdir.
7. Yulaf antistress təsirə malik olaraq əsəblərimizi sakitləşdirmək gücündədir.
8. Yulafdan hazırlanmış yeməklər xüsusilə də çirklənmiş ekoloji mühitə malik şəhər əhalisi üçün zəruridir, çünki yulaf bədənimizdən ağır metalların toksinlərindən və duzlarından xaric edir.