- 2050-ci ilə qədər şokoladın tükənmə təhlükəsi var. Belə ki, iqlimin dəyişməsi nəticəsində şokolad ağaclarının nəsli kəsilməkdədir.
- XVI əsrdə Avropa həkimləri ağızdan gələn pis qoxuya qarşı siqaret çəkməyi məsləhət görürdü. Bundan əlavə tütünün miqren, diş ağrısı və əzələ ağrısına qarşı effektiv vasitə sayılırdı.
- Çində ağ rəng matəm rəngi sayılır.
- Bir arı həyatı boyu 1/12 çay qaşığı bal istehsal edir.
- Erkək pinqvin dişi pinqvinə daş hədiyyə edərək, ona evlənmək təklifi edir. Dişi pinqvin təklifi qəbul edərsə, daşı öz yuvasına aparır.
- Ən qısa müharibə 38 dəqiqə davam etmişdir.
- 600 il ərzində İngiltərənin rəsmi dili fransız dili olmuşdur.
- Buludlar 150 km/s sürəti ilə hərəkət edir.
- Braziliyada məhbuslar hər oxuduqları kitaba görə azadlıqdan məhrum günlərinin sayını azaltmış olur.
- İnsanların 12% yuxularını ağ-qara görür.
- XVI əsrə qədər ayaqqabıların sağ və sol tayı eyni idi.
- Balıqqulağını qulağımıza yaxınlaşdırdığımız zaman eşitdiyimiz səsin okeanın və ya dənizlə əlaqəsi yoxdur. Balıqqulağı boşluğunda rezonans hasil edilən səda – ətraf mühitdə olan səs-küylər və qan dövranımızın səsidir.