Praxlad Cani (PrahladJani) 2003-cü ildə bütün dünyada məşhurlaşır. Bu yaxınlarda onun 84 yaşı tamam olacaq. Onu müayinə edən hind həkimləri bu yaşlı kişinin yemək yemədiyi və su içmədiyi üçün fenomen olduğunu bəyan edirlər. Praxlad 11 yaşından etibarən heç nə yeməmişdi və içməmişdi. Həkimlər bunun həqiqətən də belə olduğunu sübut etmişlər.
Praxlad Cani Çunrival Matacidə anadan olub. Praxlad dünya nemətlərindən imtina edərək mağarada yaşayır. O, tərki dünya və yoqa ustasıdır. Lakin Praxlad ona maraq göstərən alimləri özündən uzaqlaşdırmır. Əksinə, onların dəvətlərini həvəslə qəbul edir. Alimlərin onun üzərində apardığı təhlillərə, müayinələrə dözür.
2003-cü ildə yoqa ustası xəstəxanada 10 gün keçirdir. Lakin Hindistandan və bütün dünyadan olan həkimlər öz pasientinin fövqəltəbii xüsusiyyətlərindən baş çıxarda bilmirlər. Onlar Praxladın necə yeyib, içmədən yaşadığını başa düşə bilmirlər.
Yoqa ustasının qeyri-adi xüsusiyyətlərindən biri də onun zəruri ehtiyaclarını ödəməməsindədir. Praxlad axırıncı dəfə ayaq yolunda 11 yaşında ikən olub.