Stres, apatiya və yorğunluqdan başınız ayılmırsa, ahəng haqqında söhbət ola bilməz. Həm emosional, həm də fiziki vəziyyətinizi yaxşılaşdırmaq üçün yoqaya başlayın, çünki yoqanın aşağıdakı müsbət təsirləri elmi sübutunu tapmışdır:
Yoqa stresin qarşısını almağa kömək edir
Yoqa ilə məşğul olan insanların beynində bədəni idarə edən və emosiyaları anlayan hissə daha aktivdir. Beyin stresə səbəb olan emosiyanı tanıyır və onun yayılmasına imkan vermir. Beləliklə, yoqa ilə məşğul olan insanlar çətin hallarda daha sakit reaksiya göstərir.
Yoqa dincəlməyə kömək edir
Yoqa sinir sistemini idarə etməyə kömək edir. Belə ki, o, bədən və beyinin rahatlığına cavab verən parasimpatik sinir sistemini aktivləşdirir. 1989-cu ildə aparılan araşdırma göstərmişdir ki, yoqanın bəzi pozalarını edərkən boyundakı baroreseptorlar beyinə siqnal verir, beyin isə öz növbəsində bu siqanlı ürəyə ötürür və təzyiq düşür. Bundan əlavə yoqa qanda kortizolun səviyyəsini salır və artıq ilk dərsdən sonra insanlar əhval-ruhiyyənin yaxşı tərəfə dəyişdiyini hiss edir.
Yoqa insanın bədəninə doğru çıxdığı möcüzələrlə dolu səyahətdir. Ondan maksimum fayda almaq üçün 3 məqama diqqət edin:
- Həftədə 2-3 dəfə məşğul olun.
- Özünüzə vaxt tanıyın. İlk həftələrdən dərhal sonra tamamilə dəyişəcəyinizi gözləməyin. Səbrli olun, fərqi hiss edəcəksiniz.
- Fərdi yoqa müəlliminizi seçin və fərdi yoqa tərzinizi təyin edin.
Sınayın, oxuyun, maariflənin. Daxilinizdəki «mən» özü üçün ən faydalı olanını seçəcəkdir. Və o zaman həyatınıza əlvan rənglər sıçrayacaq və hər gününüz ahənglə dolacaq.