Yoyonun, ilk olaraq Çində istifadə edildiyinə inanılır. Ancaq yoyo haqqında ilk tarixi məlumat e.ə. 500-cü ildə yunan mətnlərində görülmüşdür.Bu köhnə oyuncaq ağac qabığı və metaldan hazırlanmış bir diskdən ibarətdir. İndi də Yunanıstandakı Afina Milli Muzeyi ndə olan saxsı gülqabında Yunan Gəncliyinin yoyoyla oynayaraq əyləndiyi anlaşılır. Qədim zamandan qalma Misir məbədlərinin üzərindəki şəkillərdə misirlilarin də yoyoyu istifadə etdiyi görünür.
Çinlilərin istifadə etdiyi yoyo tarixi qeydlərdə göstərilir. 16-cı əsrdə filippinli ovçular, vəhşi heyvanları ağacdan hazırlanan bir cisim və uzun bir ipi, ovlarının altına atmaqla tuturdular. Bu silahdakı ip yuxarı çəkilər və ov ip içərisində çabalayaraq dönərdi. Bu, praktik yoyo silahın günümüzdəki yoyoya ilham verdiyi deyilməkdədir.
Yoyonun bəhsi keçdiyi bir digər tarixçə isə 1765-ci ildə hazırlanan bir Hindistan qutusunun varlığıdır. Bu kiçik qutunun üzərində əllə çəkilən yoyosu ilə oynayan qırmızı paltarlı kiçik bir qız uşağının rəsmi vardır. Bundan 25 il sonra isə yoyo bir şəkildə Avropaya səyahət edir. Beləcə yoyo artıq İngilis və Fransız aristokratlarının əlində idi.
Yoyo Fransada yayıldı və ümumiyyətlə stress atmaq üçün istifadə edilirdi. Artıq adı JOUJOU DE NORMANDIE olmuşdu. Bu da Amerikalıların Yoyo olaraq adlandırdığı oyuncağın isim kökünü meydana gətirmişdi. Oyuncağa olan bu maraq “Figaronun Toyu” adlı piyesdə də dilə gəlmişdi. Piyesin yazarı Beaumarchais vasitəsilə açıqlanan bu oyunda çətinlik atmaq üçün, yəni düşüncələrinizi boşaltmaq üçün oyuncaqların vasitə olduğu deyilmişdi.
1911-ci ilə qədər müxtəlif patentlərə qarşı yoyo çox da önəmsənilmədi. Məşhur Scientific Amerikan jurnalı 1916-cı ildə yoyo haqqında bir məqalə yayımlandı.Məqalədə oyuncağın Filippindən gəldiyi izah edilirdi. Və yoyo olaraq adlandırıldı. Bunun səbəbinin də filipinlilərin istifadə etdiyi söz olan yoyonun “come come” (gel gel) və “to return (geri dönmək)” mənasını daşımasıydı.
Yoyo Amerikada olduqca tutdu və uğrunda bir çox milli yarışmalar reallaşdırıldı. Dünyanın hər yerindən gələn yoyocular bu yarışmalarda hünərlərini sərgilədi. Hətta yarışmalara bəzi qatı qaydalar qoyuldu. Məsələn, yarışmağa qatılan yarışmacılara dünyanın hər yerini gəzmək şərti qoyuldu. Bu kiməsə mənasız gələ bilər, amma bu qayda sayəsində yoyo xeyli bir yol qət etdi və dünyadakı məşhurluğuna məşhurluq qatdı. Məşhurlar kolleksiyalarını sərgilədi və olduqca yüksək ödənişlərlə hərracda satıldı.