Yer kürəsinin ən soyuq şəhəri Rusiyanın Oymyakon şəhəridir. Bu yer ölkənin şərqində yerləşir, burada təxminən 500 insan yaşayır. Qışda hava tempraturu -50 dərəcə olur, hətta -71 olduğu vaxtlar da olub. Ancaq yerli əhali belə soyuqlara öyrəşib. Bu şəhərdə əhali sayı az olduğundan hər kəs bir-birini tanıyır, bir-birinə kömək edir.
Ən yaxşı görüş məntəqəsi isti çörək satılan mağazadır. Şəhərdə bar yoxdur, çünki axşam saat 6-dan sonra spirtli içki satışı qadağandır. Əsas səbəb isə içkili şəxsin soyuqda tez donub ölməsidir.
Oymyakonda qışda gün 3 saat çəkir, qaranlıq çox tez düşür. Yayda isə gecələr belə hava işıqlı olur. Hər il mart ayında şəhərdə festival keçirilir. Turistlər -51 dərəcəlik soyuğun necə olduğunu hiss etmək üçün bu şəhərə gəlirlər. 🙂 Nə zamansa getsəniz, ölkəmizdəki soyuqlar sizə yay kimi görünəcək.
Aşağıda şəhərdən olan şəkillərə baxa bilərsiniz 🙂