Yeni vurdurduğunuz döymənin rəngini qorumaq üçün 16 illik təcrübəsi olan tatuist Hayley Hayes məsləhət görür:
1. Qida plyonkasından istifadə edin
Döymənin ölçüsündən və vurulduğu nahiyədən asılı olaraq, bəzən onu qida plyonkası ilə bükməyin faydası var. Əgər döyməniz rənglidirsə və ya geyimin altında qalacacaqsa bu vacibdir. Döyməniz kiçik və geyimlə örtülməyən yerdədirsə, onu bükməyə bilərsiniz.
2. Təmizliyə riayət edin
Yeni döymə açıq yara deməkdir. Xüsusilə də 24-48 saat ərzində onu iltihab və infeksiyalardan qorumaq gərəkdir. Döymənin vurulduğu yeri sabunla yuya bilərsiniz, ancaq duş, üzgüçülük və hamamdan bir-iki günlük imtina etməyini məsləhət görülür.
3. Günəşdən qaçın
Döymənizin yeri sağalana qədər günəş şuaları altında çox qalmamağa çalışın. Xüsusilə də döyməniz rənglidirsə. Bundan əlavə SPF faktoru yüksək olan günəş kremlərindən istifadə etmək məsləhət görülür.
4. Rəngli döymələrin daha gec sağaldığını unutmayın
Dəri qatları möhkəm zədələndiyi üçün rəngli döymələr xüsusi qulluq tələb edir. Döyməyə toxunmaq, qabığını soymaq qəti qadağandır. Bunu etdiyiniz halda rəng sola və dərinizdə iz qala bilər.
5. Döymənin olduğu nahiyəni tez-tez nəmləndirin
Nəmləndirici vasitəni gün ərzində 1-2 dəfə və əlavə olaraq dərinin dartıldığını hiss etdiyiniz zamanlarda tətbiq edin. Krem seçərkən onun ətirsiz olmasına diqqət edin.
6. Aşağıdakı vasitələrdən istifadə edin:
- Pantenol
- La Roche-Posay Anthelios Body Lotion SPF50+
- The Body Shop Amazonian Saviour