Yeni koronavirus, sars-cov-2 virusunun ortaya çıxmasının səbəbi, birbaşa yarasa supu içən insanlar deyil, çünki virus insanların həzm sistemlərindəki turşu səbəbi ilə orada sağ qala bilmir. Əsas səbəb yarasanın dişlədiyi bir heyvan bazarındakı yaxın təmasdan keçmiş ola biləcəyi düşünülür.
Yarasalar və daşıdıqları virus haqqında bir az məlumatlanaq
Virusun qaynağı olaraq göstərilən yarasalar, digər bir çox məməliyə görə tez təkamül etmiş və nisbətən az dəyişikliyə uğramışdır. Bu zaman aralığında da viruslar yarasalarla birlikdə inkişaf etmiş və sağ qalmışlar.
Əsasən meyvə və heyvanlardan qan əmərək bəslənirlər. Tullantılarında və ağızlarında minlərlə virus var, amma bu viruslar onları öldürmür, hətta virusları özünü müdafiə silahı kimi işlədirlər. Yarasalar, quduz, hanta sars kimi bir çox heyvani təsirin qaynağıdır. Dünyadakı bütün canlı növlərində virus var, yarasalar da istisna deyil. Hətta dünyadakı məməli növlərinin 4-də birini yarasalar təşkil edir. Sadəcə bir mağarada belə milyonlarla yarasa bir arada qala bilər.
Yarasaların sürü salında yaşaması və davranışları, yaşadığı yerlər virusların yayılması və təkamül etməsi üçün münbit şərait yaradır. Yarasaların uça bilmə qabiliyyəti də bu virusları başqa heyvanlara da asanlıqla yoluxdurmaqlarına səbəb olur. Bəzi yarasalar qış yuxusuna gedirlər və bu zaman bədən temperaturları düşdüyü üçün viruslar onların bədənində çoxalmağa başlayır.
Ortaya sual çıxır ki, bu viruslar hər zaman yarasalarda var idi, bəs niyə indi ortaya çıxır?
Çünki insan sayının artışı və qlobal istiləşmə səbəbi ilə heyvanların yaşadıqları xüsusi zonalara daxil olmağa başladıq. Yarasalar və digər bir çox növün yaşadığı yerləri məhv etdik, dağıtdıq. Xüsusilə son 30 ildə ortaya çıxan zika, ebola, sars, mers kimi pandemik viruslar xəstəliklərə məruz qalmağımızın səbəbi budur.
Yarasalar və digər növ heyvanların yaşadıqları əraziləri qorumaq, əslində özümüzü viruslardan qoruduğumuz mənasına gəlir. Şəhər həyatı və vəhşi həyat bir araya gəlməyə başladıqca, hələ təsirini bilmədiyimiz və daha dəhşətli olan virus və xəstəliklərlə qarşılaşa bilərik.