- Jon Acuff “Start”
Kitab olduqca maraqsız həyatınıza rəng qatmağa kömək edəcək. Hamı kimi olmaq çox asandır. Qeyri-ordinallığı ilə seçilmək isə hörmətə layiq bir bacarıqdır. Yaşınızdan və sosial statusunuzdan asılı olmayaraq hər şey bir nöqtəyə söykənir – başlanğıcın zəruriliyinə. Kitabı oxuduqdan sonra siz həqiqətən yeni həyata başlamağa, özünü dəyişdirməyə özünüzdə güc və motivasiya tapacaqsınız. Yeni ildə yeni həyata başlamaq isə bir çoxlarının istəyidir!
2. M.J.Ryan “This year I will…”
Kitab vərdişləri dəyişməyə, verilən vədlərə əməl etməyə və öz məqsədlərini təxirə salmamağı öyrədir. Hər kəsin bildiyi kimi adətən şəxslər belə vədləri yeni il öncəsi verirlər və sonra…unudurlar. Kitabda müəllif özünün psixologiya, neyrofiziologiya və fəlsəfə sahəsində biliklərini və təcrübəsini toplayaraq onları oxuculara məsləhət şəklində təqdim edir.
3. Brian Tracy “ Eat that Frog!”
Kitabda vaxtdan düzgün istifadə edərək çətin məsələ və situasiyalardan çıxış yolları haqqında bəhs olunub. Kitabda təqdim olunan praktiki 21 məsləhət ən azı kitabın müəlifi qədər uğurlu olmağa istiqamətləndirəcək. Brayan Treysi – məktəbi ataraq öz yollarını quran milyonerdir. Kitabda Brayan Treysi öz uğur yolu və şəxsi effektivliyin təsvir edib. Kitab 40 dildə tərcümə olunaraq dünya üzəri 1 200 000 tirajda satılmışdır.
- Дмитрий Чернышев «Как люди думают»
Kitab düşüncənin mahiyyətini əks etdirir. Düşüncə əksər hallarda insandan asılı olmadan, avtomatik baş verir. Lakin, insanlar anlamırlar ki, düçüncə bir incəsənət aktıdır. Kitab ayrı-ayrı hadisə və mövcudluqlara təmiz baxışla yanaşmağa öyrədir.
- Josh Kaufman “The Personal MBA”
Kitab özünü təhsil və özünə inam üzərində yazılıb. Kitabın mahiyyəti ondan bəhs edir ki, biznes məktəblərinə pul ayırmaq o qədər də vacib deyil. Beləki, informasiya əsrində özünü təhsil daha effektiv və daha ucuz üsuldur. Coş Kofman oxuculara işgüzar düşüncəni aşıladır və buna görə kitab bir çox parametrlərə görə MBA təhsili ilə müqayisə oluna bilər.