Yeni ildə dadlı şirniyyatlarla süfrənizi rəngləndirin. Çox dadlı və əsl bayram ab havalı peçenya reseptimizi siz də yoxlayın!
Lazım olan ərzaqlar:
Un- 3 stəkan Yumşaldılmış yağ- 1 stəkan
Zəncəfil- 2 çay qaşığı Şəkər- stəkan
Darçın- 1 çay qaşığı Bəkməz- yarım stəkan
Qabartma tozu- 1 paket Yumurta- 1 ədəd
Vanil- 1 paket Duz- 1 çimdik
Hazırlanışı:
Un, zəncəfil, darçın, qabartma tozu, vanil və duzu böyük bir qabda yaxşıca qarışdırın. Başqa bir qabda yağı şəkərlə qarışdırıb, mikser ilə davam edin. Daha sonra yumurta və bəkməzi də əlavə edin. Bütün ərzaqlar bir birinə qarışana qədər mikserlə işə davam edin. Sonra un qarışımını, ehmalca qaşıqla əlavə edin. Bir az yoğurub, soyuducuda 4 saat və ya bir gecə saxlayın.
Sonra peçenyaları bişirə bilərsiniz. 150 dərəcədə qızmış sobadan 10-12 dəqiqə bişirin. Qızardığını görəndə sobanı söndürüb, 1-2 dəqiqə içində saxlayın. Sonra soyumağı üçün sobadan çıxardıb bir az gözləyin. Soyuduqdan sonra zövqünüzə uyğun bəzəyə bilərsiniz. Müxtəlif cür bəzəklər, qida boyaları istifadə edin, çox rəngli görünəcəklər. Yeni il qoxulu peçenyalar hazırdır. Nuş olsun!