Bayramlarda ən sevdiyim də hədiyyələrdir. İnsanların əhval ruhiyyəsi yüksəlir və daha xoşbəxt hiss edirsən. Bəs nə hədiyyə alaq? Bir neçə hədiyyə fikirlərini təqdim edirik!

Plan dəftəri

Yeni ildə daha planlı olmaq üçün planlarımızı qeyd edək. Bunun üçün rəngli və hədiyyə edəcəyiniz insanın xarakterinə uyğun bəzədilmiş dəftər əla hədiyyə olar!

İsti toxumalar

Qış aylarının əvəzedilməzlərindən orijinal hədiyyələr hazırlatdıra bilərsiniz. Əl işi olan toxumalar isə hədiyyə edəcəyiniz insana onun daha özəl olduğunu hiss etdirəcəkdir!

Mama.crafts-dan sifariş edə bilərsiniz. Şəkil Rüstəm Məhərrəmova aiddir.

Surpriz məqsədlər

Ən yaxınınız üçün əla hədiyyədir. Onun məqsədlərini kiçik vərəqlərə yazın. Həmin vərəqləri yeni il qutularında hədiyyə edə bilərsiniz. İçinə şirniyyat da qoymaq mümkündür. Hər gün birini oxumaqla motivasiya alacaqdır!

Kitab

Hər kəsə edə biləcəyiniz əla hədiyyədir. Mövzunu isə ümumi bir şey seçə bilərsiniz. Kitab mağazasında hədiyyə kartı varsa, lap əladır. Seçimi hədiyyə verəcəyiniz adama buraxın!

Dadlı şirniyyatlar

Yeni il ab havalı şirniyyatlara kim yox deyər ki? Dadlı və özəl görünüşlü şirniyyatlar hamının çox xoşuna gələcək!

Dadli.baku-dan sifariş verə bilərsiniz.

Ən sevdiyi hədiyyə

Hədiyyə verəcəyiniz insanı yaxşı tanıyırsınızsa, ona sevdiyi əşyanı hədiyyə edə bilərsiniz. Bu lap çox sevdiyi olacaq, əmin olun!