Moda, istəsək də, istəməsək də həyatımıza bir şəkildə daxil olur. Yalnız paltar şkafımızda deyil, ev eşyalarımıza, mətbəximizə, yediklərimizə belə.. Əlbəttə hər modaya uyğun geyinmək mümkün deyil, çünki böyük torta bənzəyən çanta ilə küçədə gəzmək bir az qəribə görünə bilər, amma bizə görə qəribə olan dizaynlar, stilistlər tərəfindən sevilərək hazırlanır və əlbəttə bu dizaynlar öz alıcılarını da tapır.
Hollandiyalı dizayner Rommy Kuperus “food“, “fashion” və “fun” olmaqla üç F təməlində bir layihə hazırlamışdır; yəni yemək, moda və əyləncə. Әn sevdiyi yeməklərdən və mətbəxdən ilhamlanaraq öz moda aksesuarlarını satışa çıxarmışdır. Sənətçi, getdiyi hər yerdə bu ləziz ləzzətləri yanında daşımaq istəyənlər üçün çanta dizaynlarına müəyyən qədər yumor hissi qatmışdır. Qeyri-adi dizaynları bəyənirsinizsə bu dizaynlar da xoşunuza gələ bilər. 🙂