Avstriyalı yazıçı Stefan Sveyqin intihar məktubu İsrail Milli Kitabxanası tərəfindən internetdə dərc olunub. Kitabxana məşhur yazıçının ölümünün 70-ci ildönümündə aralarında intihar məktubunun da olduğu bir neçə sənədi internet üzərindən oxuculara təqdim edib.
1881-ci il təvəllüdlü Stefan Sveyq 1934-ci ildə Adolf Hitler və Nasist ideologiyasının hakimiyyətə gəlməsindən sonra Avstriyanı tərk etmişdi. Əvvəl İngiltərəyə, sonra ABŞ-a gedən Sveyq 22 fevral 1942-ci ildə həyatına son verdiyi Braziliyaya yerləşib.
Braziliyalı bir həkim Stefan Sveyqin intihar məktubunu 1960-cı illərdə bir polis məmurundan alıb, 30 il sonra da İsrail Milli Kitabxanasına bağışlamışdı.
Stefan Sveyqin arvadı Lotte ilə birlikdə intiharına Hitlerin dünya nizamını dəyişməsinin verdiyi pessimizmlə yanaşı, öz dünyasının heç vaxt bir daha mövcud olmayacağı fikri səbəb olmuşdu.
Yazıçının intihar məktubu
“Azad iradəm və açıq bir şüurla bu həyatdan ayrılarkən, son bir məsuliyyət yerinə yetirilməyi gözləyir: Mənə və işimi yerinə yetirməyimə dinc bir mühit bəxş edən ecazkar ölkə Braziliyaya səmimi təşəkkürümü bildirmək istəyirəm.
Hər yeni günlə bu ölkə daha çox sevməyi öyrəndim, ruhi ana vətənim Avropa özünü yox etdikdən və ana dilimin dünyası yox olduqdan sonra dünyanın heç bir yerində həyatımı bu qədər sevə-sevə yenidən qura bilməzdim.
Amma altmış yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bu səbəblə həyatımı doğru zamanda və doğru bir şəkildə başa vurmağımın yaxşı olacağına inanıram.
Həyatım boyu mənəvi məşğuliyyətim, ən böyük həzz mənbəyim və şəxsi azadlığım ən uca dəyərim oldu. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızılllığını görmək nəsib olsun! Mən, həmişəki səbirsizliyimlə öndən gedirəm.”