Yaşlı göründüyü üçün çoxları tərəfindən ona “nənə” damğası vurulub
Zara Harsorn, anası Trasey və bacısı Colene lipodistrofiya xəstəliyindən əziyyət çəkir. Lipodistrofiya – erkən yaşlanma xəstəliyi olub çox nadir hallarda rastlanır.
Sümükləri çürüdür, qoruyucu dərinin altındakı yağ toxumasını məhv edərək vaxtından əvvəl yaşlanmaya səbəb olur.
Zara Harsorn əziyyət çəkdiyi bu erkən yaşlanma ucbatından ətrafdakıların qəribə münasibəti ilə qarşılaşıb. O, ətrafdakıların onu alçatmalarından bezdiyinə görə yaşadığı bu vəziyyəti cəmiyyətə danışmaq məcburiyyətində qalıb.
Zaranın dişləri tökülüb. Qırışlarına görə kollagen inyeksiyası vurdursa da, bu, onun cavanlaşmaq istəyən orta yaşlı qadın olduğunu ifadə etmir. Zara qoca görünməsinə səbəb olan erkən yaşlanma xəstəliyindən əziyyət çəkən 15 yaşlı qızdı. Bu xəstəlik genetik cəhətdən yüzdə 30 insanda rastlana bilər. Ancaq çox təəssüf ki, Zaranın anası və 23 yaşlı bacısı da eyni xəstəlikdən əziyyət çəkir. Yaşlı göründüyü üçün çoxları tərəfindən ona “nənə” damğası vurulub, hətta onu küçəyə çıxanda yumurta atəşinə tutanlar da olur. Uşaq teatrlarında özü üçün bilet almaq artıq onun üçün imkansızdır.
İnsanların bu münasibəti onu əsəbləşdirsə də, Zara 15 yaşlı qız kimi davranmağa davam etdiyini və alçaldılmasına imkan vermədiyini deyib.
İlk dəfə məktəbə getdiyində həmyaşıdları onu müəllimə zənn ediblər. Məktəb paltarını geyinərkən hamı onun maskarad paltarında və dəli olduğunu düşünüb. Məktəbdə oxuyarkən uşaqlar onu “torba sifət” və “nənə” deyə çağırıblar. Fiziki cəhətdən çox alçaldılıb ziyan gördüyündən 10 yaşında ikən anası Zaranı məktəbdən çıxarıb.
Yaşlı göründüyü üçün hər yerdə qəribə qarşılanan Zara hətta ölmək istədiyini də deyib. Dişləri getdikcə zəifləyib töküldüyü üçün artıq gülmək istəmədiyini açıqlayan Zara gələcəkdə gözəllik həkimi olmaq arzusunu dilə gətirib. O, “erkən yaşlanmanın bir yaxşı tərəfi var ki, nə mənim, nə bacımın, nə də anamın üzündə heç vaxt ləkə olmur”, – deyib. Zaranı əsəbləşdirən və məyus edən tək şey insanların “30 yaşı olan qadın kimi görünürsən” deməsidir. Zara artıq özünü olduğu kimi qəbul etdiyini və oğlan dostlarını da cəlb etməkdə çətinlik çəkmədiyini etiraf edib. O, nəhayət ki, necə göründüyünə deyil, necə biri olduğuna önəm verib onu belə də qəbul edən dostlar tapıb.
Dermatoloqların fikrincə isə, əməliyyat vasitəsilə vücudun digər hissələrindən yağ götürüb üzün yağ toxumasını yenidən bərpa etmək olar.