Yaponiyada heyvanlarla bağlı bir çox maraqlı yerlər görə bilərisiz. Narada küçədə dolaşan ceyranlar, onsenlərdə yuyunan qar meymunları, Tokiodakı dovşan kafeləri… Yaponiyada pişiklərlə bağlı maraqlı məqam isə Pişik adaları və ya yaponca Nekoşimalardır.
Bəziləri Yaponiyada pişik adasının olduğundan xəbərdar olsa da, əslində Yaponiyada sadəcə bir dənə pişik adası yoxdur. Ən məşhur pişik adası Ehime prefekturasında yerləşən Aoşima adasıdır. Taşirocima isə ikinci ən məşhur pişik adasıdır. Son dövrlərdə “pişik adası” konsepsiyası populyarlaşdığından və turist cəlb etdiyindən pişik adalarının sayı da artır.
Yaponiyada hal-hazırda 11 pişik adası var. Bu adalar bunlardır: Okişima (Şiqa prefekturası), Sanaqişima (Kaqava prefekturası), Aoşima (Ehime prefekturası), Muzukicima (Ehime prefekturası), Manabeşima (Okayama prefekturası), İvayşima (Yamaquçi prefekturası), Aycima (Fukuoka prefekturası), Ayşima (Fukuoka prefekturası), Qenkayşima adası (Fukuoka prefekturası), Kadaraşima (Saqa prefekturası) və Toşirocima (Miyaqi prefekturası). Okişima Biva gölündə yerləşən pişik adası olması ilə diqqət çəkir. 1968-ci ildə əsas torpağa birləşmədən öncə Seycima da pişik adalarından biri idi.
Pişiklərin insanlara olan nisbəti adadan adaya dəyişir. Aoşimanın əhalisi 13 nəfərdir və burada 150-dən çox pişik var. Taşirocimada 100 insana 100 pişik düşür. Manebeşimada isə 300 insana elə 300 insan düşür. Sanaqişimada 70-dən çox pişik yaşayır.
Pişik adalarının yaranması haqqında müxtəlif fərziyyələr var. Bəziləri mif və əfsanələrlə bağlıdır. Aoşima 1900-cü illərdə balıqçılıq mərkəzi idi və balıqçılar siçan problemini pişiklə həll etməyə çalışmışdırlar. Daha sonra bu pişiklər adaya yönəlmişdirlər. Taşirocimada isə ipəkqurdu bəsləyirdilər və bu, siçanları cəlb edirdi. Eynilə balıqçılar kimi həll yolu kimi pişikləri adaya gətirmişdilər. Qenakayşima bir zamanlar ən böyük pişik adası olsa da, 2005-ci ildəki zəlzələdən təsirlənmişdir. Kadaraşima adasındakı əfsanəyə görə isə adadakı bir it sahibinə itaət etmədiyindən Yasakacinca məbədi bütün itləri adadan qovub və ada pişik cənnətinə çevrilib.
Hazırda pişik adaları Yaponiyada turist cəlb edən sahələrdən biridir. Hətta pişiklərin bu xidmətinə qarşılıq Taşirocimada pişik məbədi tikilmişdir. Sanaqişimada isə pişiklərə həsr olunmuş heykəl qoyulub.
Pişik adaları haqqında daha ətraflı məlumat tapmaq istəyirsizsə, Voyage to the Cat Islands adlı bu maraqlı bloqa daxil olmağı məsləhət görürəm. Bu bloqda hətta Aoşimadakı pişiklərin rənglərinə görə təsnifatını tapa bilərsiz.