Aokigahara Meşəsi, Yaponiyanın məşhur Fuji dağının yanında yerləşən və uzaqdan baxıldığında yaşılın hər tonuyla diqqət çəkən təbii gözəllikdir. Yerli və xarici turistlər bu meşəyə Fuji Dağını müxtəlif bucaqlardan görmək, dağın fotoşəkillərini çəkmək və təbiətlə iç-içə olmaq üçün gəlirlər.



İnsanlar onlar üçün təyin olunmuş yollardan çıxmamalı olduqlarının fərqindədirlər, çünki inanılmaz dərəcə çox olan bitki örtüyü itdiyiniz an istiqamətinizi tapmağı və ya səsinizi eşitdirməyinizi imkansızlaşdırır.



Lakin birdə bu təyin olunmuş yollardan bilərək çıxan və meşənin dərinliklərinə gedənlər var. Onlara müəyyən olunmuş yollardan çıxma cəsarətini verən isə onsuz da ora intihar etmək məqsədilə getmiş olmalarıdır.



Yaponiya tarixində mistik bir yeri olan və ölü ruhlarla qaynayan Aokigahara meşəsi, Seicho Matsumoto’nun iki qəhrəmanın bu meşədə intihar etdiyi romanı Kuro Kaiju’dan sonra bir intihar mərkəzi halına gəlmişdir.



Aokigahara’nın girişinə çatan zaman rast gəlinən son dəfə bu meşəyə gəlmək üçün istifadə edilmiş və tərk edilmiş avtomobillər onsuz da buranın necə bir mühit olduğu haqqında ilk fikri verir…



Meşəyə girdiyinizdə “atəş yandırmayın, zibil atmayın” kimi klassik xəbərdarlıqlar yerinə “lütfən intihar etməyin, həyat sizə verilmiş bir hədiyyədir, ailənizi və dostlarınızı düşünün” kimi ifadələr yazılmışdır. Gündüz saatlarında belə ağacların sıx olduğu meşədə səlahiyyətlilər hər axtarışa çıxdıqları zaman ən az bir cəsədlə qarşılaşır.



Meşənin dərinliklərində isə ağacların üzərində cəmiyyətə ya da geridə qalanlara giley məqsədli, mesaj verən əşyalar və buraxılmış vida qeydləri görülür…



Daha sonra isə əksəriyyəti özünü ağaclardan asaraq, bəziləri isə ağac diblərində artıq dozada dərman ataraq özünü öldürmüş insanların bədənləri…



Və bəzilərinin aldıqları qərarı son bir dəfə düşünmək üçün bir neçə gün qaldığı bəzən dolu bəzən isə boş olan çadırlar görülür.



Yaponiya bu meşədəki intiharların sayını rəsmi olaraq açıqlamır, lakin intihar edənlərin il ərzində 50-100 arası olduğu təxmin edilir. Aokigahara Meşəsinin, Yaponiyalı sosioloq və yazar Wataru Tsurumi’nin intihar edən insanlar üçün yazılmış əl kitabında da intihar etmək üçün çox uyğun bir yer olduğu vurğulanır.



Müxtəlif kitablarda, sənədli filmlərdə istifadə olunan meşənin hekayəsi son olaraq 2016-cı ildə yayımlanacaq ‘The Forest’ adlı qorxu filmində istifadə olunacaqdır.