İl 1945… Naqasakiyə atom bombası atılmasının ardından, qardaşının cəsədini ölülərin yandırıldığı sahəyə gətirən bir Yapon uşaq… Bu rəsmi çəkən Joe O’Donnel əslində bölgəyə Amerikalılar tərəfindən göndərilən bir casus idi. Vəzifəsi, Naqasaki və ətrafında yüzlərlə fotoşəkil çəkib bunları Amerikaya yollamaq idi. Beləcə səlahiyyətlilər bombanın gücü haqqında daha yaxşı fikir sahibi olacaqdılar.
Şəkildəki uşaq haqqında danışan şahidlərdən biri, uşağın vəziyyətini belə izah etmişdi: “Alova doğru gələn 10 yaşlarında bir oğlan uşağı gördüm. Kürəyində bir körpə daşıyırdı. Həmin vaxtlar Yaponiyada uşaqlar kiçik qardaşlarını arxalarına alıb oyunlar oynayardı. Əvvəl belə olduğunu zənn etdim, lakin bu uşağın görünüşü tamamilə fərqli idi. Buraya çox ciddi bir səbəblə gəldiyi açıq aydın görünürdü. Ayaqları çılpaq və üzünə sərt bir ifadə yerləşmişdi. Arxasındakı körpənin başı sanki yatırmış kimi, geriyə düşmüşdü. Uşaq təxminən beş dəqiqə boyunca heç tərpənmədən bu şəkildə dayandı.
Sonra, ölüləri yandıran maskalı vəzifəlilərdən biri uşağın yanına getdi və körpəni bağlayan qayışları açdı. Həmin an körpənin ölü olduğunu anladım. Vəzifəli şəxs, ölü körpəni aldı və alova atdı. Uşaq isə sərt bir şəkildə dəqiqələrlə ayaqüstə, vəziyyəti seyr etdi. Alt dodağını o qədər şiddətli dişləyirdi ki, sonunda qan axmağa başladı. Qardaşının cəsədi alovların içində tamamilə itdikdən sonra, arxasını çevirdi və səssizcə ordan uzaqlaşdı….”