Yaponiyanın sahil mühafizəsinin əməkdaşları yerli sakinlərlə birlikdə kəskin hava şəraitinə baxmayaraq, sahilə atılmış 130 delfinə kömək etmişlər.
Heyvanlar çox zəiflədikləri üzündən öz gücünə dənizə qayıtmaq iqtidarında deyildilər. Sahilə atılmış delfinlərin əksəriyyətində sahil qumu ilə təmasdan yaranan yara və zədələr aşkar olunmuşdur.
Yaralanmış delfinləri sahildən yığaraq xüsusi ixtisaslaşmış veterinar məntəqələrə aparmışlar. Üzərində zədələr aşkar olunmamış delfinləri isə gəmiyə yığaraq dənizin sahildən uzaq yerlərinə buraxmışlar.
Yaponiyada axırıncı dəfə sahilə kütləvi delfin atılması 2011-ci ildə baş vermişdir. Artıq uzun müddətdir ki, alimlər delfinlərin kütləvi şəkildə sahilə atılma səbəblərini araşdırırlar, amma əsaslı nəticəyə gələ bilmirlər, lakin müşahidələr göstərmişdir ki, belə halların 90%-i günəş aktivliyinin zəiflədiyi dövrlərə təsadüf edir.