Yaponiyada yazın gəlişinə şahid olmaq “Bildirchin Group” olaraq ən çox yaşamaq istədiyimiz təcrübələrdən biridir. Yaponlar qədər albalı ağaclarının çiçək açmasına əhəmiyyət verən ikinci bir xalq yoxdur. Hətta Yaponiyada meteorologiya departamenti albalı ağaclarının nə zaman çiçək açacağını da təxmin etməklə vəzifələndirilmişdir! Yaponlara haqq verməmək mümkün deyil, çünki bu ağaclar həqiqətən də mükəmməl mənzərələr təqdim edirlər.
“National Geographic” də öz fotoqraflarını Yaponiyaya göndərmiş və baharın gəlişini aşağıdakı fotolarla əbədiləşdirmişdir. Qibtə edərək paylaşırıq. 🙂