1. Problemi həll etmək mümkündürsə. Narahatçılığa əsas yoxdur. Yox əgər problemi həll etmək mümkün deyilsə, narahatçılıq əbəs yerədir.
2. Fikirləşdin – qərar ver, qərar verdin – fikirləşmə.
3. Gedəni saxlama, gələni qovma.
4. Cəldlik fasiləsiz olan ləngimədir.
5. Pis insanın dostu olmaqdansa, yaxşı insanın düşməni ol.
6. Sıravi insanlar olmasa, dahilər də olmaz.
7. Yüksəlmək arzusunda olan insan özünə pilləkən qurar.
8. Günəş haqlıları tanımır. Günəş haqsızları tanımır. Günəş kimisə isitmək məqsədi ilə işıq saçmır. Özünü tapan insan da günəşə bənzəyir.
9. Dənizin böyüklüyü kiçik çaylardan iyrənməməsindən irəli gəlir.
10. Uzun səyahət yaxın yoldan başlar.
11. Şərab içənlər onun zərərindən xəbərsizdilər, şərab içməyənlər onun faydasından xəbərsizdilər.
12. Bəlkə də qılınc həyatda cəmi bir dəfə lazım olacaq sizə, amma onu həmişə üstünüzdə gəzdirin.
13. Kədər, qəm cırıq paltara bənzəyir. Evdən çıxanda onu evdə qoyun.
14. Sevgi olan yerdə yaralar eybəcərlik yox, gözəllik verər.
15. Bir mehriban söz bütün qış fəslin isidə bilər.
16. Axmaqlara və ağlını itirmişlərə həmişə yol ver.
17. Əlindən gələni et, amma taleyinə söykən.
18. Həddindən artıq dürüstlük axmaqlıqla sərhəd təşkil edir.
19. Təbəssüm, gülüş olan evə xoşbəxtlik girər.
20. Kağızın suda batdığı, Daşın suda üzdüyü hallar olur həyatda.
21. Soyuq çay və soyuq düyüyə dözmək olar, soyuq baxış və soyuq sözə dözmək olmur.
22. Soruşmaq – bir dəqiqəlik utancdır, bilməmək – bir ömürlük utancdır.
23. Dərin çaylar səssiz axar.