Yanğınsöndürən olmaq bir çoxlarının uşaqlıq arzusu idi. İnsanları xilas etmək, yanğına meydan oxumaq bu peşənin sahiblərini əls qəhrəman edir. Bu məqaləmizi yanğınsöndürənlərə həsr edirik və onlar haqqında maraqlı məlumatları sizinlə bölüşürük.
- Yanğınsöndürənlərin uniforması 1 200 °С dək istiliyə dözümlüdür. Bu uniforma konsentratlı turşuları və alkalisləri hopdurmayan materialdan hazırlanır. Onun ağırlığı isə 5-30 kq təşkil edir.
- Yanğınsöndürənlər oksigen maskasından istifadə etdiyi üçün təhlükəsizlik qaydalarına əsasən üzlərində saqqalın və pirsinqlərin olması qəti qadağandır.
- Filmlərdə yanğınsöndürənlərin insanların səsini eşidərək, dadlarına çatdığını görürük. Daha sonra onlar dərhal öz maskalarını çıxarır və zərərçəkmiş insana verir. Bu həqiqətdən uzaq bir haldır. Qatı buxardan dolayı onlar heç nə görmür, alovun səsi isə digər səsləri üstələyir. Maskanı çıxarmaq isə qəti qadağandır. Maskanı çıxardığı halda yanğınsöndürən boğula bilər.
- XIX əsrin əvvəllərində Molly Williams kişilərlə birlikdə yanğın söndürmüş və tarixə ilk yanğınsöndürən qadın olacaq keçmişdir. Bu hadisə qadın briqadalarının yaranmasına təkan olmuşdur.
- Yanğınsöndürənlər yanğın söndürməklə yanaşı həm də bu hadisələr zamanı köməyə gəlir: su basma, zəlzələ və terror aktları və heyvanlar dara düşən anlarda. Bundan əlavə onlar su tesisatçıları, elektrikçilər, mexaniklər, psixoloqlar, və hətta tibb işçiləridir.