Bəzi şeylərə çox vərdiş edib onlara tamamilə reaksiya verməməyimiz həqiqətən qəribədir. Məsələn, kondisioner və ya soyuducu səsinə elə öyrəşmişik ki, birdən bu aparatlar dayananda ya da səsi kəsildiyində qorxu ilə qarışıq bir rahatlıq baş verir. Eyni şəkildə, artıq texnologiyayla dolu həyatlarımızın vızıltısına belə diqqət vermirik.

Ağıllı telefon istifadəçiləri hər 6,5 dəqiqədə bir telefonlarına baxırlar, bu da gündə təxminən 150 dəfə edir. Səssizliyin yerini ahəngsiz bir səs uğultusu, yalnız qalmaq fürsətimizi isə ictimai media ilə dəyişdirmiş vəziyyətdəyik.

Səssizlik və Tənhalıq həqiqətən də yox olmaq üzrə olan anlayışlardır; yenə də tərkibində çox faydalı və əhəmiyyətli şeylər ehtiva edirlər. Ona görə də bu ləzzəti dadmaq üçün 10 məntiqli səbəb toplamağa çalışdım.

 

  1. Mənəvi (ruhi) zəiflikdən uzaqlaşa bilərsiz

    İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi “məhsuldarlıq” deyilən mövhumdan bir az da olsa uzaq qalmasını təmin edir. Əksər qənaətin əksinə heç bir şey etməmək əslində çox yaxşı şeylərin gerçəkləşməsinə imkan verir. Promega adlı bir şirkət, işçilərinin təbii gün işığında rahatlayıb kiçik fasilələr ilə meditasyon edə bildikləri sakit sahələrə sahibdir. Bunun vasitəsilə işçilərin səhiyyə şərtləri yaxşılaşdı və məhsuldarlığın da artdığı məlum oldu. Eyni vəziyyət bizdə də nəticə verə bilər.

  2. Hissiyatımız kəskinləşər

    Çoxları üçün 10 gün boyunca səssiz qalmaq suda getməkdən fərqsizdir. Vipassana Səssizlik İnstitutları tam olaraq bununla məşğuldur; iştirakçılar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq qalırlar. 100-ə yaxın elm-adamı araşdırma məqsədiylə səssiz Meditasiyanı reallaşdırdılar və nəticədə danışma bacarığının istifadə edilməməsi digər duyğuların böyük ölçüdə kəskinləşməsini təmin etdiyini aşkara çıxardılar. Danışarkən istifadə etdiyimiz diqqət və həssaslıq, nəfəs alış-verişindən başlayaraq görünüşlərə, səslərə, hisslərə, düşüncələrə və duyğularımıza köçürülür.

     
  3. Gələcək qayğısı

    Alan Watts, gərginliklərimizin və şübhələrimizin səbəbinin yalnız bir illüziya olan gələcəkdə yaşayıb “bu an” dan qopuq şəkildə yaşamağımız olduğunu ifadə edir. ‘Bu an’ın sizə verə biləcəkləri, gələcəyin sizə təqdim etdiyi ilə müqayisədə çox kiçik qalır. Səssizlik və özümüzlə tək qalmaq bizi saxta xoşbəxtliklərdən qurtarıb gerçək həyata qaytarır.

     
  4. Yaddaşımızı gücləndirir

    Təbiətdə səyahətə çıxmaq belə mühüm dərəcədə beynimizdə dəyişikliyə səbəb olur

     
  5. Qərar verəbilmə bacarığımız genişlənir

    Psixoloq Kell Mcgonigal, səssizlik əsnasında zehnimizin daha məntiqli qərarlar alıb daha sonra bunları reallaşdırma sahəsində motivasiya olmağımız üçün daha əlverişli şərait meydana gətirdiyini ifadə edir.

     
  6. Daxili səsinizi eşitməyə imkan verər

    Şəhərləşmiş həyatımızda bir çox hərəkəti təsir-əks-təsir prinsipi ilə həyata keçiririk. Səssizlik əsnasında isə, fərdi fərqliliyimizin hərəkətlərimizin idarəsini ələ almasını təmin edirik. Çöldə məruz qaldığımız səslərdən uzaq qalmaq öz daxili səsimizə motivasiya ola bilmək imkanı verir bizə, çünki bizi idarə edən əslində bu səslərdir. Öz düşüncələrinizə qulaq verin. İnsan iradəsi düşüncəsiz hərəkətlərin boyunduruğundan xilas olanda sağlamlaşar.

     
  7. Beynimiz inkişaf edir

    Beyin ən mürəkkəb və ən güclü orqanımızdır və əzələlərimiz kimi, o da istirahətə ehtiyac duyur. UCLA Araşdırmasına görə özümüzü dinləyib rahatladığımız anlarda beynimizin məlumat emal sürəti artır və beyin pərdəsi qıvrımları güclənir.

     
  8. Daha kreativ oluruq

    Əvvəllər işə yaramaz olaraq görülən xəyal qurmaq vəziyyəti indiki vaxtda olduqca lazımlı bir hala gəlib. UC Santa Barbara’dan Professor Jonathan Schooler, “sıxılıb xəyallara dalmaq ya da xəyallar qurmaq yaradıcı fikirlər əldə etməyin ən mühüm mənbələrindən biridir” deyir.

     
  9. Problemləri həll etmək bacarığı artır

    Şəxsi disiplininizin formalaşmasına kömək edəcək.

     
  10. Hissiyati çətinliklərdən qurtulmaq imkanı

    Gərginlik, stres, yuxusuzluq və bunun kimi mənfi düşüncələrdən qurtulmaq və bu vəziyyətlərin nə vaxt üzə çıxdığını tapmaq üçün fürsət.


    Bonus:  Yalnız qalmaq və ya gəzmək insana həyatı sorğulamağa, böyük hesab etdiyi problemlərin əslində çox kiçik olduğunu görməyə, ətrafında olduğu insanları tanımağa, özünü kəşf etməyə və həyatı dərk etməyə imkan və fürsət verir…