Harda olursunuz olun, nə edirsiniz edin, hər zaman sevgi və özgüvənlə edin. Xüsusilə də mətbəxdə. Aşpazlıq bacarıqlarınızı inkişaf etdirmək üçün aşağıdaki məsləhətlərimizi diqqətlə oxuyun:
- Yeməyə sarımsaq qataraq onu daha da ləzzətli etmək istəyirsiniz, ancaq qalıcı qoxu sizi narahat edir? Elə isə, yeməyi boşqaba tökməzdən öncə boşqaba sarımsaq çəkin.
- Ciyərin sərt deyil, zərif alınmasını istəyirsinizsə, onu bişdikdən sonra duzlayın.
- Aşın bəmbəyaz olmasını istəyirsinizsə, onu bişirdiyiniz zaman suya bir neçə damcı sirkə əlavə edin.
- Bulyonun şəffaf olmasını istəyirsinizsə, onun içinə bir kub buz atın və qaynadın.
- Lobyanın rəngini itirməsini istəmirsinizsə, onu bişirərkən qapağı kip bağlamayın.
- Badımcanın acılığını aradan qaldırmaq üçün onu duzlayıb bir müddət saxlayın. Daha sonra soyuq su ilə yuyun.
- Ətin qıpqırmızı qazmaqla örtülməsini istəyirsinizsə, onun üzərinə nar şirəsi çəkin daha sonra bişirin.
- Şorbanın ləzzətinə ləzzət qatmaq üçün onu oddan götürməzdən öncə üzərinə yerkökü şirəsi əlavə edin.
- Salata xüsusi dad qatmaq üçün onun üzərinə vanil tozu səpin.
- Duzu limon şirəsi ilə əvəz edin. Beləliklə yeməyiniz daha sağlam olacaq və xüsusi sitrus tamı ilə fərqləncək.