Hamı yalan danışır və bu faktı inkar etmək olmaz. Bəzi adamlar məharətlə yalan danışır, bəziləri isə sadəcə həqiqəti gizlətməyi çalışır. Hamı yalan danışır, amma heç kim aldanmaq istəmir. Buna görə də sizə yalanı tanımağa kömək edəcəyik. Aşağıda təqdim olunmuş əlamətlər “yalançının” xüsusiyyətləridir:
1. Yerə və yaxud düz gözlərin içinə istiqamətlənmiş baxış.
Adətən insan yalan danışanda öz yalanını biruzə verməmək üçün yerə baxır, lakin bəzi təcrübəli yalançılar adamın düz gözünün içinə baxır. Əgər, söhbət zamanı həmsöhbətimizin əvvəlcə baxışlarını tuta bilmirsinizsə, sonra sonra birdən-birə adam gözünüzün içinə baxmağa başlayırsa, demək 100% sizdən həqiqəti gizlədir.
2. Uzun ifadələrdən ibarət nitq.
Yalançılar qısa, konkret ifadələrdən uzaqdırlar, çünki uzun-uzadı danışdıqca, yalanın bütün təfsilatların fikirləşməyə vaxt qazanır. Həmçinin, yalançılar əksər hallarda suallara əks suallar ilə cavab verirlər.
3. Jest və pozalar.
Nitq yalançı ola bilər, amma bədən dili yalan danışmır heç vaxt. Yalan danışan adam sizi var gücü ilə inandırmaq üçün inandırıcı, hətta emosiyalarla danışa bilər, lakin bu vaxt o, sakitliyini, rahatlığını saxlaya bilməyəcək. Beləki, yalançı tez-tez ətrafa baxacaq, oturacaqda gah yellənəcək, gah da mövqeyini dəyişəcək və tez-tez əllərini üzünə toxunduracaq.
4. Əlavə təfərrüatlar.
Bəzi yalançılar danışıq prosesində əlavə təfərrüatları yada salmağı sevir. Onların fikrincə əlavə detallar həmsöhbətin daha tez inandırır. Ən gülməlisi isə odur ki, danışıq prosesində yalançı o qədər əlavələr edir ki, sonra özü unudur və söhbət əsnasında tamamilə fərqli şeylər danışmağa başlayır.
5. Ən yaxşı müdafiə – hücumdur.
Əgər, yalançı ilə söhbət zamanı siz onun sözlərinə şübhə ilə yanaşmısınızsa, hücuma hazır olun. Beləki, afirist həmsöhbət dərin şəkildə etirazını bildirəcək, hətta lazım gəlsə emosiya və aqressiyanı “işə salacaq”. Bir sözlə, yalançı sizi inandırmaq üçün bütün qüvvəsini səfərbər edəcək. Dürüst insanlar isə həmişə sakit olur və “sürüşkən, təhlükəli ” mövzulardan çəkinmirlər.
6. Gözlərin hərəkəti.
Danışıq prosesində həmsöhbətinizin baxışlarına, gözlərinin hərəkətinə diqqət yetirin. Əgər verilən sualdan sonra həmsöhbətin baxışları yuxarı və sol tərəfə hərəkət etdisə, demək ki, insan nəyisə xatırlamağa çalışır. Yox əgər, baxışlar sağ tərəfə sonra yuxarıya istiqamətləndisə, deməli yalançı “yalan yozmaqdadır”. Xatırladaq ki, bu əlamətlər solaxay adamlarda yuxarıda yazılan istiqamətlərə əks şəkildə baş verir.