Yaddaşın tez-tez sənə çətinliklər törədir ? O zaman o zaman yaddaşını gücləndirib ona dəstək olmaq üçün bir neçə məsləhətimiz olacaq:
1. Fikrinizi 8 saniyə ərzində toplamağa vərdiş et. Hər kəsə məlumdur ki, 21-ci əsr tələsgənlik və gərginlik əsridir. Buna görə də biz hər şeyi tez , cəld yerinə yetirməyi çalışırıq. Hətta, lazımlı bir informasiyanı cəld yada salmaq istəyirik, lakin elmi araşdırmalar sübut edib ki, zəruri bir məlumatı qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa salmaq üçün ən azı 8 saniyə tələb olunur. 8 saniyə ərzində sakitləşib fikrininzi toplasanız asanlıqla lazım olan informasiyanı xatırlayacaqsınız.
2. Qapılardan uzaq durun. Qapılar qısamüddətli yaddaşımıza mənfi təsir göstərir. Aramızda hər birimiz ən azı bir dəfə bir otaqdan digər otağa keçəndə nə etmək istədiyini unudub. Narahat olmayın! Burada sizin heç bir günahınız yoxdur. Alimlərin çoxsaylı araşdırmaları göstərib ki , “huşsuzluq”-un səbəbi qapılardır. Qapılar bizə psixoloji təsir göstərərək qisamüddətli unutqanlığa gətirib çıxarır.
3. Əllərinizi yumruqlara bükün. İş şəraitində çox vacib bir şeyi xatırlamaq istəyirsənsə, özünüz üçün kiçik rezin top əldə edin. Rezin topu əlinə alıb yumruqlarınız ilə büksəniz, bu sizin yaddaş və konsentrasiyanı yaxşılaşdıracaq, lakin unutmayın ki, bu üsul yalnız tələsmədən, yavaş yerinə yetirildikdə effektli olur.
4. İdmanla məşğul olun. Elm və səhiyyə aləmində idman əksər problemlərin dərmanı kimi qəbul olunur və biz bununla barışmalıyıq. Fiziki aktivlik beynimizdə qan dövranını yaxşılaşdırır, yaddaş hüceyrələrinin artma sürətini çoxaldır. Bunun nəticəsi olaraq biz təqdim olunan informasiyanı daha yaxşı qavrayır və onu yadda saxlayırıq. Xüsusilə də daimi və uzunmüddətli idman vərdişləri öz müsbəbt təsirini verir.
5. Yuxu normasını yatın. Uğur əldə etmək və yaxud imtahandan yaxşı keçmək üçün hər birimizin yuxusuz gecələri olub. İmtahana , vacib iş görüşməsinə, təqdimata getməmişdən qabaq mütləq yuxu norması ödənilməlidir. Daimi yuxusuzluq nəinki yaddaş pozuntusu başqa sinir pozuntularına da gətirib çıxarır.
6. Ağlagəlməz şriftlərdən istifadə edin. Şriftlər məsələsində demək olar ki, hamımız monotonluğa üstünlük veririk. Daima istəyirik ki, qəzet , kitab, internetdə mətnlər eyni , aydın şriftlərlə yazılsın. Bu yaddaşımız üçün yaxşı vərdiş deyil. Bir az çətinliklə yaxud fərqli tərzdə yazılmış mətni oxuduqda, o , daha çox yaddaqalan olur. Qeyri-adi, fərqli şriftlərlə yazılmış mətni oxuyarkən diqqətimizi daha çox toplayırıq. Bunun nəticəsi olaraq informasiya tez yadda qalır.
7. Yazı yazın. Bizim dövrümüzdə bütün vacib məlumatları telefon və kompyuterə qeyd etmək adi hala çevrilib. Alınacaq ləvazimatlar, telefon nömrələri, adreslər və s. hamısı elektron formada qeyd edilir. Bunun nəticəsi kimi biz öz beynimizi gücə salıb ümumiyyətlə heç nəyi yada salmırıq, sadəcə lazım olanda açıb telefona, planşetə baxırıq. Zəmanəmizin acısız vərdişi yaddaşımıza mənfi təsir göstərərək onu zəiflədir. Araşdırmalar sübut etmişdir ki , lazımi məlumatları kağız üzərində yazmaq onların daha yaxşı yaddaşda qalmasına səbəb olur. Bu üsuldan dərs oxuyarkən də uğurla istifadə edə bilərsiniz.
8. Vaxtında musiqiyə qulaq asıb , onu vaxtında söndürmək. Musiqi səsi altında işləmək yaxud dərs oxumaq bir çox insanın xoşuna gəlir. Dərs oxumağa başlamazdan əvvəl musiqiyə qulaq asmaq qavrama qabiliyyətinə müsbət təsir göstərir. Bir şərtlə ki, dərsə başalayanda musiqini mütləq söndürmək lazımdır ki, konsentrasiya və diqqət pozuntuları olmasın.
9. Vizuallaşdırın. Nəyisə yadda saxlamaq üçün ən qəribə və effektiv üsul – informasiyanı vizual obrazlarla assosiyasiyalaşdırmaqdır. Beynimizdə yadda saxlanacaq obyektin, informasiyanın rəngli şəklini yaratsaq, külli miqdarda informasiyanı asanlıqla yadda saxlayırıq. Məsələn: Ridar adlı oğlanın adı tez-tez yadınızdan çıxırsa, uşaqlıqda baxdığımız multik və haqqında əfsanələr gəzən “Eldorado“ şəhərini yadınıza salın. Xoş nəticələr özünün çox gözlətməyəcək.
10. Rəsm, şəkil, cızma-qara çəkin. Darıxdırıcı mühazirə və ya iclasda oturmusunuzsa, dəftərinizin kənarlarını ürək, güllər və digər qəribəliklərlə doludurmağa qorxmayın. Rəsm, cızmalar çəkmək beyini aktiv vəziyyətdə saxlamağa kömək edir. Çoxsaylı eksperimentlər göstərir ki , darıxdırıcı və maraqsız söhbəti dinləyərkən şəkil çəkən insanlar çəkməyənlərə nisbətən 39% daha çox informasiyanı yadda saxlayırlar.