Hər kəsin – fərqində olsun ya da olmasın – həyatdakı əsas qayəsi xoşbəxt olmaqdır. Belə olduqda isə xoşbəxtliyə necə çata biləcəyimiz həyati bir əhəmiyyət daşıyır.
Daha çox xoşbəxt olmaq üçün nə edilə bilər? Əvvəlcə bunu öyrənmək lazımdır: Genlerimizin və necə böyüdüldüyümüzüm xoşbəxtliyimizdəki payı 50-60% dır. Bu səbəbdən sürətli və dramatik bir fərqlilik əldə etmək mümkün deyil, amma qalan 40 -50% bizim nəzarətimiz altındadır və bu qisimdə irəliləmə əldə edə bilərik.
Xoşbəxt olmaq hər kəsin öyrənə biləcəyi bir bacarıqdır. Beynimizi daha xoşbəxt olacağımız şəkildə öyrətmək mümkündür. Hər bacarıqda olduğu kimi bunun üçün də zaman və səy lazımdır. Xoşbəxtlik təhsilimizi aşağıdakı maddələri nəzərə alaraq başlaya bilərik.
1- Sosiallaşmaq xoşbəxt edir.
Günlərinin təxminən dörddə birini ailələriylə və ya dostlarıyla keçirənlərin daha çox xoşbəxt olduqları təyin olunmuşdur. Nə qədər işlərimiz çox olsa da ailəyə və dostlara zaman ayırmaq lazımdır.
2- Xoşbəxt olmaq üçün lazım olan dost sayı.
Edilən bir araşdırmada 10 ya da daha çox dostlarıyla nizamlı görüşənlərin, bu saydan daha az dosta sahib olanlara nisbətən daha çox xoşbəxt olduqları müəyyən olunmuşdur.
3- Evlilər daha xoşbəxtdir.
Evlilər, subaylara görə 10% daha çox xoşbəxtdirlər. Ayrıca evlilik, xoşbəxtliyə təsiri baxımından nə qədər pul qazandığınızdan 20, ev sahibi olmanızdan 13 qat daha əhəmiyyətlidir.
4- İdman məşqləri etmək xoşbəxt edir.
Həftədə bir neçə gün 20 dəqiqə açıq havada gəzinti etmək belə xoşbəxtlik səviyyənizi 10-20% artırır. Depressiyada olan xəstələrə edilən müalicələrdə yalnız dərmanla müalicə olanların 38%’i, dərman və idman ilə müalicə edilənlərin 31%’i, yalnız idman ilə müalicə edilənlərin isə 9%’i təkrar depressiyaya girmişdir.
5- Mənfi düşüncələrə batıb qalmamaq lazımdır.
Əgər davamlı olaraq bunları edirsinizsə xoşbəxt olmağınız mümkün deyil: Özünü tənqid etmək, narahatlıq, keçmişə dair peşmanlıqlar eşitmək, sizə edilən haqsızlıqları xatırlamaq, istədiyiniz kimi getməyən işlərə ilişib qalmaq. İnkişafınızda özünütənqidin, səhvlərdən dərs çıxartmağın əhəmiyyətli payı olduğunu inkar etmirik; ancaq bu düşüncələrin davamlı hala gəlməsi sizin xoşbəxtliyiniz və sağlamlığınız baxımından çox təhlükədir.
6- Bir şey satın almaq deyil, təcrübələr xoşbəxt edir.
Yeni bir paltar, son model bir cib telefonu satın almanın insanın yaxşı hiss etdirdiyi danılmazdır, ancaq bunların xoşbəxtliyə təsiri çox sürətli bir şəkildə tükənir. Halbuki birlikdə yeyilən bir yemək, yeni yerlər görmək, bir kitab oxumaq kimi təcrübələrin xoşbəxtliyə çox uzun müddət davam edən təsiri var. Yəni özünüzü yaxşı hiss etmədiyiniz zamanlarda alış-veriş etmək yerinə bir kitab oxumaq daha faydalıdır.
7- Gündə iki dəqiqənizi ayıraraq o günün gözəl xatirələrini yazmaq xoşbəxtliyi artırır.
Yatmadan əvvəl 2 dəqiqə ayırıb o günə aid müsbət hadisələri yazmaq xoşbəxtliyi və yuxu keyfiyyətini artırır.
8- İşinizdən razı olmağınız, xoşbəxt olmağınız baxımından çox əhəmiyyətlidir.
İşinizin xoşbəxtliyinizə təsiri böyükdür. Etdiyiniz işdən məmnunsunuzsa, iş yerinizdə özünüzü yaxşı hiss edirsinizsə bu xoşbəxtliyinizdə əks olunur.
9- Pulun xoşbəxtliyə təsiri.
Müəyyən bir səviyyəyə qədər daha çox pul daha çox xoşbəxtlik deməkdir; ancaq müəyyən səviyyədən sonra pulun heç bir təsiri qalmır. Yəni pulun təsirini şişirtməmək lazımdır; çünki çox pul, çox xoşbəxtlik gətirmir. Digər tərəfdən təməl ehtiyacların ödənilməsinə yetməyəcək səviyyədə pula sahib olmaq isə ciddi bir bədbəxtlik qaynağıdır.
10- Ev heyvanları stress və narahatlığı azaldır.
Evcil heyvan bəsləmənin xoşbəxtliyə ciddi təsiri var, ancaq dərhal gedib bir heyvan almadan, heyvan sahibi olmanın böyük bir məsuliyyət gətirdiyini də unutmamaq lazımdır. Evcil heyvanın xoşbəxtliyə qatqısı iş üçün də etibarlıdır. İş yerində evcil heyvan olması da bənzər şəkildə iş stresini və narahatlığı azaldır.
11- Bir valideyn ən çox ən bədbəxt uşağı qədər xoşbəxt ola bilər.
Ana atalar uşaqlarının xoşbəxtliyindən (və bədbəxtliyindən) çox ciddi şəkildə təsirlənirlər. Uşaqların xoşbəxt olmalarını təmin edəcək şeylər etmək ana atanın öz xoşbəxtliyi baxımından da əhəmiyyətlidir.
12- Qucaqlaşmaq xoşbəxt edir.
Qucaqlaşmaq stress azaldır, qan təzyiqini aşağı salır və insanları bir-birinə bağlayır. Daha çox qucaqlaşın … Bəli kişilər, siz də!
13- Özünüzün müdiri olsanız daha çox xoşbəxt olarsınız.
Məşhur araşdırmacı yazar Malcolm Gladwell bir insanın maaşlı çalışmasının və iş sahibi olmasının xoşbəxtliyinə necə təsir etməsini müqayisə etmişdir. Gladwell’ə görə maaşlı bir işdəki qazancınızın, öz işinizdən əldə edəcəyinizin qazancdan 2.5 dəfə çox olması halında eyni səviyyədə xoşbəxt olarsınız.
14- Almaqdan çox vermək xoşbəxt edir.
Araşdırmalar nəticəsində başqaları üçün edilən xərclərin fərdi xərclərdən daha çox xoşbəxt etdiyi görülmüşdür. Bu səbəbdən sevdiklərinizə hədiyyə almağı, ehtiyac sahiblərinə kömək olmağı, hədiyyə etməyi vərdiş halına gətirməkdə fayda var. Bunun üçün milyoner olmağınıza ehtiyac yoxdur, təvazökar rəqəmlərin də xoşbəxtlik üzərində eyni təsiri var.
15- Kompüter oyunları oynamaq da xoşbəxtliyə müsbət təsir göstərir.
Kompüter oyunlarının gənclərdə, yeniyetmələrdə və yaşlılarda xoşbəxtliyə müsbət təsir göstərdiyi araşdırmalarda dəfələrlə sübut olunmuşdur. Hətta xüsusi hazırlanan bəzi oyunlar depressiya müalicəsində belə istifadə olunur.