1. Başqalarını günahlandırmaq.
Bu sadəcə situasiya üzərində idarəetmənin olmamasından irəli gəlir. İnsan öz xoşbəxtliyini başqalarının boynuna qoyur, məsuliyyəti öz çiyinlərindən atır. Xoşbəxtliyin yalnız və yalnız insanın öz əlində olmasını anlayanlar tezliklə özünə xoşbəxt həyat qurarlar.
2. Özünü günahlandırmaq.
Birinci bəndi oxuduqdan sonra avtomatik olaraq özünü qınağa başlayacaqsınız. Tələsməyin! Səhv etmək insanlara xas olan əlamətdir. Əsas odur ki, səhvlərinizi anlayıb onları təkrarlamayasınız və irəliləməyə davam edəsiniz.
3. Keçmişə qayıtmaq.
Keçmiş insana yalnız iki hissiyatı bağışlayır: sevinc və kədər. Əgər, siz hal-hazırda özünüzü bədbəxt hiss edirsinizsə, deməli gələcəkdə xoşbəxtlik yaratmaq üçün motivasiyanız var. Keçmişlə yaşamayın. Bu günü yaşayın və parlaq gələcəyiniz üçün çalışın.
4. Bəhanə gətirmək.
Bəhanələr xoşbəxtliyi məhv edir. Beləki, bəhanələr sizin məqsədləriniz arasında sərhəd yaradır və fəaliyyəti ləngidir.
5. Köhnə vərdişlər.
Vərdişlər – daha öncə yaşanmış şəraitdə qazanılmış hərəkətlərin təkrarıdır. Problem ondadır ki, şərait dəyişir hərəkətlər isə dəyişməyərək vərdişə çevrilir.
6. Hamının gözündə yaxşı görsənməyə çalışmaq.
Hər kəsin ətrafında “tənqidçi” adamlar dolaşır. Hansı ki, onların tənqidi, baxışları, fikirləri məqsədlərə, istəklərə çatmaqda mane olur, lakin bununla belə siz onların gözündə yaxşı görsənmək istəyirsiniz və artıq öz maraqlarınız naminə çalışırsınız. İnanın ki, hətta onların zövqüncə hərəkət etsəniz belə, yenə kəskin tənqidə məruz qalmaq riskiniz var. Buna görə də öz istəklərinizi, məqsədlərinizi qeyri-adekvat “tənqidçilərin” boş sözlərinə qurban verməyin.
7. Özünü günahkar hesab etmək.
İnsan emosiyaları içərisində bu emosiya ən yararsız hissdir. Bu hiss insanı kor edir və ətrafdakı nuru, xoşbəxçiliyi görməyə mane olur.
8. Peşimançılıqla yaşamaq.
Hamının səhvi olur. Həmin səhvlərdən dərs alın və püşimançılığı buraxın geridə. Peşimançılıq hissinin dərinləşmə xüsusiyyəti var. Bu isə insanın mənəvi- ruhsal dünyasına zərbədir