Siz də bir dil bir insan, iki dil iki insan deyirsinizsə, bəli haqlısınız. Hal-hazırki zamanda həm gündəlik həyat, həm də iş həyatı üçün ikinci dili bilməlisiniz. Hətta üçüncü dili bilməniz də heç pis olmaz, amma iş-güc, ailə həyatı, məktəb deyərkən vaxt tapıb kurslara gedə bilmirsinizsə, sizlərə işinizə yarayacaq 6 online qaynaq məsləhət görəcəyik. Dil öyrənmək üçün sizə ilk addımı atdıracaq bu online kurslar səy göstərdiyiniz təqdirdə sizin üçün bir xəzinəyə çevrilə bilər. Kurslara o qədər pul ödəmədən, vaxt itirmədən bu online kurslardan yararlana bilərsiniz.


1. Busuu

Busuu; oxuma, yazma, dinləmə və danışma olaraq xarici dil öyrənməyinizə kömək edir. Bundan əlavə testlər ilə dilinizi möhkəmləndirir, ancaq proqramın bütün özəlliklərindən istifadə edə bilmək üçün premium istifadəçiliyə keçməlisiniz. Bu proqramda dostlarınızı əlavə edib onlarla ünsiyyətə girmək imkanınız da var.


2. Duolingo

Tamamilə pulsuz olan Duolingo, ətraflı izahları, yoxlama testləri ilə günümüzün çox güclü qaynaqlarından biridir. Mobil telefon üzərindən də çox rahat istifadəsi mümkündür.


3. Babbel

Dil öyrənmək üçün çox faydalı olan Babbel proqramında, bir həftəlik təcrübə müddətindən sonra premium istifadəçiliyə keçməlisiniz. Testləri, ətraflı izahları və digər istifadəçilərlə ünsiyyətə girərək danışma və yazma bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.


4. Livemocha

Dil öyrənmək məqsədilə qurulmuş bu sosial platforma üzərindən öyrənmək istədiyiniz dili danışan istifadəçilər ilə ünsiyyət quraraq dil biliklərinizi inkişaf etdirə bilərsiniz.


5. BBC Languages

Sürətli şəkildə dil öyrətməyi qarşısına məqsəd qoyan BBC Languages proqramında səsli və şəkilli olaraq geniş qaynaqlara sahibsiniz.


6. Memrise

Fərqli üsulları ilə əzbərləyərək deyil, hafizənizə həkk edəcək şəkildə ətraflı izahları ilə istədiyiniz dili öyrənə bilərsiniz. Proqram, kəlimə ehtiyatınızı artıraraq, doğru və sürətli tələffüzlə danışıq dilini öyrətməyə çalışır.