Nəyə görəsə Xaricilərdən ən çox atdanıb düşməyi götürürük. Kimsə dünyanın harasındasa atdanıb düşüb deyə dərhal bizimkilərdən belə reaksiya gəlməsi maraqlı haldır, dünyada rekordları qıran Koreyalının atdanıb düşməsi bizdə də həvəs yaratdı və 2 bankımız atdanıb düşməyə başladı. Video-nu yerləşdirdilər həm də şərh yerini bağladılar 🙂 adama deyərlər qorxu varsa, onu niyə çəkirsiniz?! İndi də bu Harlem Shake make zad. Kimsə oradan nəsə etdi deyə, ondan 20 qat bizimkilər müxtəlif variantlarda etdilər. Bilmirəm, kiməsə xoş gəlirsə, şəxsən mənə o qədər gəlmədi. Eurovision vaxtı bizim bulvar ətrafında oturub kitab oxuyan Avropalıları bayraq etdik, amma onlardan görəsən neçəmiz sırf onlara baxaraq gedib kitab oxuduq? Amma xaricdən atdanıb düşmə siqnalları gələn kimi dərhal ayaqüstə reaksiyalar verməyə həmişə hazırıq
P:S: Şəxsən mən axıra qədər baxa bilmədim, sizə də zövqünüzü korlamağı məsləhət görmürəm.
Lakin yenə də ən düzgününü siz bilərsiniz:
[dil dil = 2041]