Cənubi Koreya mədəniyyəti və adət-ənənələri ilə hər zaman diqqət mərkəzindədir. Bu ölkə nəhəng mədəni irs və memarlıq abidələrini qoruyub saxlamışdır. Bütün bunlarla yanaşı cənubi Koreyanın təhsil sistemi digər inkişaf etmiş ölkələri geridə qoyur..

Cənubi Koreyada təhsil almaq üçün 3 səbəb

  1. Cənubi Koreya höküməti xarici tələbələrin bu ölkəyə rahatlıqla gəlməsi və yerli təhsil alması üçün əlindən gələni edir. 2015-ci ildə Cənubi Koreyada akademik bir plan qüvvəyə mindi. Bu plana əsasən 2023-cü ilə qədər ölkəyə 200 000 xarici tələbə cəlb olunmalıdır. Və bu gün orada artıq 105 000 xarici tələbə təhsil almaqdadır.

  2. Cənubi Koreyada təhsil alan gənclər paralel olaraq işləyə bilər. Bundan əlavə xarici tələbələr yerli tələbələrlə eyni təhsil haqqı ödəyir və yüzlərlə təqaüd imkanı qazanır. Ən əsası isə Cənubi Koreya höküməti məzun olan xarici tələbələri işlə təmin etmək üçün əlindən gələni əsirgəmir.

  3. Cənubi Koreyanın iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Burada işsizliyin səviyyəsi aşağıdır, nəqliyyat və digər ictimai xidmətlər isə yüksək səviyyədədir. Odur ki, əgər Cənubi Koreyada təhsil almaq üçün ilk addımları atmağın tam zamanıdır!

Cənubi Koreya Universitetlərinə daxil olmaq üçün nə etməli?

Cənubi Koreya universitetlərində təhsil almaq üçün şəhadətnamə təqdim etməkdən əlavə müvafiq fakultə üzrə 1 illik bakalavr təhsilinizin olması da vacib şərtdir.  Bundan əlavə TOEFL və ya IELTS dərəcəsini də almış olmalısınız. TOPIK (Test of Proficiency in Korean) dərəcəniz də varsa, bu sənədi də mütləq əlavə edin. Çünki bu dərəcəyə sahib olan tələbələrə xüsusi güzəştlər edirilir və onların təqaüdü də digər tələbələrə nisbətən yüksək olur.

Universitetə daxil olmaq üçün tələbə ilk öncə “Suneung” adlı standart bir testdən keçməlidir. Bu test 3 fəndən verilir: ingilis dili, riyaziyyat və koreya dili. Əlavə olaraq abituriyent bir fəndə seçməlidir. Təqaüd almaq istəyən abituriyentlər isə Bachelor’s Degree Examination for Self-Education imtahanında iştirak etməlidir.

Qeydiyyat üçün lazım olan əsas sənədlər:

  • təhsil alacağınız dildə (ingilis və ya koreya) ərizə
  • ingilis və ya koreya dilində tərtib edilmiş CV
  • doğum haqqında şəhadətnamənin surəti
  • xarici pasportun surəti
  • xasiyyətnamələr
  • ingilis və ya koreya dilinin bilik səviyyəsini təstiq edən sertifikat (IELTS, TOEFL, TOPIK)

Cənubi Koreyada təhsil

Cənubi Koreyanın ali məktəblərində ali təhsil bakalavr, magistr və doktorluq dərəcələrinə bölünür.

  • Bakalavr proqramlarında əsas bacarıqları inkişaf etdirilir və həm iş, həm də növbəti ali təhsil pilləsi üçün vacib olan nəzəri biliklərə öyrədilir. Bakalavr pilləsində təhsil 3-4 il davam edir.

  • Cənubi Koreyada magistr dərəcəsi almaq üçün bakalavr səviyyəsində yaxşı nəticələr əldə etməlisiniz. Daha sonra diplomun surətini təqdim etməlisiniz. Bakalavr fakultəsi magist proqramı ilə üst-üstə düşməlidir. Bakalavr diplomunun surəti təhsil aldığınız dilə, yəni Koreya və ya İngilis dilinə tərcümə olunmalıdır.

  • Doktoranturaya qəbul olmaq üçün eyni formada tərcümə olunmuş və notariat tərəfindən təsdiq edilmiş diplomu, şəxsi yazılarınızın siyahısını, planlaşdırdığınız tədqiqatların planını və CV-nizi təqdim etməlisiniz.

Təqaüd

Xarici tələbələr üçün 2 növ təqaüd mövcuddur:
  • hökumət təqaüdü – magistr və ya doktorluq dərəcəsi və qısamüddətli elmi təcrübə üçün təhsil haqqı olaraq verilir. Bu təqaüd ölkədə təhsil, tibbi sığortanın və yaşayış yerlərinin ödənişi əhatə edir. Hər altı ayda bir dəfə tələbə kitab üçün xüsusi bir məbləğ almağa haqq qazanır.

  • Təqaüdün ikinci növü mühəndis və dəqiq biliklər üzrə təhsil alan məzunlar və aspirantlar üçün nəzərdə tutulmuşdur.

Bundan əlavə bəzi universitetlər tərəfindən yüksək akademik göstəricilərə sahib olan xarici tələbələrə, təhsil haqqının ümumi qiyməyinə 50-70% endirim verilir.

Cənubi Koreyada təhsil haqqında bəzi faktlar

  • Cənubi Koreyada 370-dən çox ali təhsil müəssisəsi var.
  • Ölkənin əhalisinin savadlılıq səviyyəsi 97%-dir.