Bildirchin.az üçün Hazırladı və Göndərdi: Leyla Həsənli

Xaricdə oxumağın iş imkanları, təcrübə və dil inkişafı baxımından yaxşı tərəflərini bilirik. Bəs, bilmədiklərimiz və bilməmiz vacib olanlar nələrdir? Gəlin birgə baxaq.

    1. Mədəniyyət şoku. Siz hər nə qədər yenilikçi insan olsanızda, xarici ölkəyə getdiyiniz zaman mütləq və mütləq mədəniyyət şoku( cultural shock) yaşayacaqsınız. Bu, mədəni dəyərlərin fərqli olmasından yaranan bir haldır. Bunu yüngül dərəcə ilə adlamaq istəyirsinizsə, getmədən öncə ya gedəcəyiniz ölkədən həmyerlilərinizi tapın ya dahəmyerliləriniz ilə birgə gedin.


    2. Uyğunlaşma. Seçdiyiniz ölkənin vətəndaşları sizə ilk başda fərqli, kobud görünə bilər, hətta siz onlarla ünsiyyətdən qaça və ya ümumiyyətlə ünsiyyət qurmaq istəməyə bilərsiniz. Bir müddət keçdikdən sonra uyğunlaşma başlayacaq və bütün problemlər aradan qalxacaq.


    3. Danışma kompleksi. Dili inkişaf etdirmə baxımından xaricdə yaşamaqdan və ya təcrübə keçməkdən daha effektiv bir üsul ola bilməz, amma buna öyrəşənə kimi, dil kompleksi yaşayacaqsınız. Kompleks yaşasanız danışmanız daha da çətinləşəcək buna görə də sadəcə düşünmək lazımdır ki, hər kəs mənim kimi pis danışır və ya mən hər kəs kimi yaxşı danışıram.


    4. Darıxmaq. Ailənizdən və dostlarınızdan ayrı yaşamaq və onları görmədən yaşamaq barədə heç düşünmüsünüzmü? Əksər tələbələri düşündürən və onlarda qorxu yaradan başlıca səbəb kimi darıxmaq qorxusunu göstərmək olar.


    5. Maddi çatışmazlıq. Hər nə qədər, təqaüd proqramına daxil olsanız da, hər ölkənin özünə xas gəlirləri və çıxarları olduğu üçün müəyyən maddi sıxıntılar yaşamanız mümkün haldır.


    6. Təhsil sistemi fərqliliyi. Oxumaq həddinə dolduğunuz andan bu yana demək olar ki, eyni təhsil sistemində təhsil almısınız. Unutmamalısınız ki, hər ölkənin özünün xüsusi təhsil sistemi var ki, bu sizə ilk başlarda çətin və ya dözülməz gələcək.


    7. Həyat dəyişikliyi. Seçdiyiniz ölkə, gözəl təbiətə, mülayim havaya, rahat nəqliyyata, dadlı yeməklərə sahib olsa da siz yenə də hər bir şeydə öz vətəninizi istəyəcəksiniz.


    8. Təhsil müddətinin uzanmasıXaricdə oxumaq üçün dil bacarıqlarının vacib olduğunu bilirsiniz. Dil öyrənmək də, sizin ən az 1( bir) il vaxtınızı alacaq ki, bu da təhsil müddətinizin uzanmasına gətirib çıxaracaq. Qorxmayın, təhsil müddəti uzansa da olar, axı təhsildən gözəl nə var?