Özünü axtarır, xoşbəxtliyə gedən yolu kəşf etməyə çalışır və beyninizdə olan bir sıra suallara cavab tapmaq istəyirsiniz? Elə isə, aşağıdaki filmlərin baş qəhrəmanları sənə dəstək olacaq:
30 yaş böhranına girən Julie həyatını dəyişmək qərarına gəlir. Terapiya olaraq o, yemək hazırlamağı seçir və Mary Streepin canlandırdığı amerikan şef-aşpaz Julia Childın bütün reseptlərini 1 il ərzində hazırlamaq istəyir. Julie ilə paralel olaraq Julianın da həyatı mövzudur. Onun diplomat yoldaşının başı işləri ilə qarışıq ikən məşhur aşpaz özünü axtarır.
2. Joy
Film real hadisə əsasında çəkilmişdir. Özü özünü sıxan şvabranın ixtiraçısı tənha ana Joy Mangano öz biznesini quranadək böyük çətinliklərlə üz-üzə gəldi. Baş qəhrəman ona bütün bu çətinliklərin öhdəsindən gəlməyə kömək edən monoloqları ilə sizə çox şey öyrədəcək.
3. Wild
Reese Witherspoonun baş rol aldığı bu film Cheryl Strayed avtobioqrafik kitabına əsasən çəkilmişdir. Baş qəhrəman evliliyinə son qoyur, anasını itirir və dərin depressiyaya düşür. Özünü tapmaq üçün o, çatnasını yığır və yola düşür. Axtardığını tapırmı? Tapır.
4. Frances Ha
Baş qəhrəman 27 yaşlı balerina Francesdir. Qadın dostluğu fəlsəfəsi ilə dolu bu film, tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.
Elizabeth Gilbertin avtobioqrafiyasında baş qəhrəmanı Julia Roberts canlandırır. Bir gün o, həyat yoldaşından boşanmaq qərarını alır və uzun bir səyahətə çıxır. İtaliyada o, həyatın ləzzətini dadır, Hindirstanda dinlə tanış olur. İndoneziyada isə harmoniya tapır.