Xəz-dəri sənayesi reklam xidmətlərinin müxtəlif növlərindən istifadə edərək özünün “dəbliliyini”, populyarlığını artırır, qlamur qızlar isə xəz geyimlərinə gəldikdə özlərinə heç vaxt “yox” demirlər, lakin çox az adam xəz-dəri geyimlərinin hazırlanma mexanizmindən agahdır. Xəz-dəri fermaları mənfəəti artırmaq üçün bütün imkanlardan istifadə edir və daima xərclərin azaldılması üsulundan faydalanır. Xərclərin maksimum azaldılması istəyi, hətta heyvanların öldürülməsində də özünü göstərir. Xəzi zədələməmək şərti ilə heyvanlar zülmlə, qəddarcasına öldürülür: heyvanların bədənindən elektrik cərəyan keçirilir, heyvanları suda boğurlar və zəhərli qazlarla zəhərləyirlər.

http://imageshack.com/a/img538/7012/rZJDE4.jpg

http://imageshack.com/a/img910/2615/wSpb9e.jpg

http://imageshack.com/a/img538/4338/6b5lMv.jpg

http://imageshack.com/a/img661/6084/D6hGDZ.jpg

  Bütün dünyada satılan xəz məhsullarının əsas hissəsi Çində istehsal edilir (geniş həcmdə ucuz işçi qüvvəsi təklif olunduğu üçün).

    Çində yerləşən xəz-dəri fermaları heyvanlar üçün əsl cəhənnəmdir. Burada heyvanlar nəinki, vəhçicəsinə öldürülür, hətta öldürülməmişdən öncə ağır şəraitdə saxlanılır. Fermada tülkülər, su samurları (norka) və yenotlar dar qəfəslərdə saxlanılır, hansı ki bu qəfəslərin kəsici “döşəmələri” heyvanların ayaqlarını kəsik-kəsik edir. Hətta, heyvanların nəfəs aldıqları hava qəfəslərin altında yığılmış tullantılardan buxarlanan havadır. Bütün bu zülmlərdən sonra heyvanları əziyyətli ölüm gözləyir. Heyvanlar elektrik cərəyanla yüngül gicəlləndirildikdən sonra onların ayaq və əlləri kəsilir, ardınca isə diri-diri dərisi soyulur. Bütün bu proses zamanı heyvanın huşu özündə olur və o, bütün ağrını, iztirabı, zülmü hiss edir. Dərisi soyulmuş heyvan 5-10 dəqiqə zülm çəkə-çəkə can verir və ölür.


http://imageshack.com/a/img661/3781/YxzmCY.jpg

Bu tülkünü bədənindən elektrik cərəyan keçirtməklə ölümə hazırlayırlar. Xəz-dəri fermalarında bu hazırlanma üsulunun seçilməsinin üstünlüyü ondan ibarətdir ki, bu üsulla xəzintükü daha parlaq və cəlbedici qalır.


http://imageshack.com/a/img673/3228/2TY5xy.jpg

Hər il qaragül cinsindən olan yeni doğulmuş təxminən 4.000.000 quzu xəz paltoların və digər geyimlərin istehsalı məqsədi ilə öldürülür. Quzuların belə tez öldürülməsinin səbəbi onların tüklərinin doğulduqdan 3 gün sonra bir-birindən aralanmasıdır. Buna görə də 1-2 günlük quzuların tükləri aralanmamış quzular qəddarcasına öldürülür.


P:S: Siz hələ də cəlbedici xəz-dəri reklamlarına inanırsınız? İmkan verməyin ki, yanlış olanları düz kimi beyninizə yeritsinlər. Biz hər bir halda xəz-dərini pisləyirik və hətta bu cür xidmətlər göstərən mağaza və brendlərin təklif etdiyi pulların məbləğinə baxmayaraq qara siyahımıza salmışıq. Arzu edirik ki, sizin də həyatınızda qara siyahınızda olsun!