Bəzilərimizin xətti şah əsər, bəzilərimizinki isə yazıdan başqa hər şeyə bənzəyir. Әslində isə yazınız sizə bir şey izah etmək istəyir. Sizə sizi izah etmək istəyir. Eynilə bədən diliniz kimi, yazı şəkliniz də xarakteriniz və hətta ciddi tibbi problemlərinizlə bağlı ipucları verir. Biz sizə hələlik bu postumuzda xarakterinizlə bağlı olan ipuclarını izah edəcəyik. Bunlar nələrdir?
Boyunun əhəmiyyəti…
Əgər hərfləri böyük yazırsınızsa, sosial, özünə inamlı olduğunuz mənasını verir. Diqqətləri üzərinizə çəkmək sizin üçün əhəmiyyətli deyil. Əgər yazınız kiçikdirsə, bəlkə bir az içə qapanıqsınız. Diqqətli, hətta bir az da utancaqsınız. Detallara əhəmiyyət verir, insanların yanında özünüzü rahat hiss edə bilmək üçün ilk olaraq onları müşahidə edirsiniz.
Sözlər və hərflər arasındakı boşluqlar.
Əgər sözlər arasında böyük boşluqlar varsa, güvən problemi yaşamış ola bilərsiniz. Təkliyi sevir, digər insanlarla ünsiyyət qurmaqdan çəkinirsiniz. Orta ölçülü bir boşluq varsa, insanlar ətrafınızdaykən rahat olursunuz. Boşluqlar dardırsa, münasibətlər mövzusunda çox sabit olmaya bilərsiniz. Yalnızlığa dözə bilmir və ətrafınızda həmişə insan olsun istəyirsiniz. Bundan əlavə hərflər arasındakı boşluq, sizin özünüzə olan etibarınızı ifadə edir. Əgər məsafə çox kiçikdirsə, özünüzə olan güvəniniz də bir o qədər azdır.
Maillilik.
Əgər yazınız mailli deyilsə, bu sizin praktik, məntiqli və balanslı biri olduğunuzu göstərir. Ətrafınızda baş verən hər şeyə qarşı idarəlisiniz və nəzarət sizin əlinizdədir. Əgər yazınız sağa yatırsa, idarə etməkdən çox yeni macəralara daha açıq birisiniz. Yeni insanlarla tanış olmağı və dəyişiklikləri sevirsiniz. Yazınız sola maillidirsə, tədbirli və ürkəksiniz demək.. Maraq mərkəzi olmağı sevməsinizsə də, qrup işlərində mükəmməlsiniz.
Nöqtəli hərflər.
Məsələn, i hərfinin nöqtəsini lap yuxarıya qoyursunuzsa, bu sizin xəyal gücünüzün çox güclü olduğunu göstərir. Nöqtə xətt kimidirsə, həddindən artıq tənqidi və müşahidəçisiniz. Özünüzü davamlı olaraq daha yaxşısını etməyə məcbur edir və mükəmməli axtarırsınız. Nöqtə yerinə fərqli bir şəkil istifadə edirsinizsə, bu sizin xəyalpərəst və uşaq ruhlu olduğunuzu göstərir. Hər fürsətdən faydalanmağı sevirsiniz.
Yazarkən tətbiq olunan güc.
Yazarkən kağıza nə qədər güc tətbiq etdiyiniz də əhəmiyyətlidir. Əgər çox basırsınızsa, özünə güvənən, güclü birisiniz. Bağlılığı güclü və hər zaman irəliyə baxan bir xarakterə sahibsiniz. Əgər yüngül toxunuşlarla yazırsınızsa, daha həssas və empati gücü yüksək birisiniz. Hər zaman özünüzdən şübhə duyar, qərarsızlıq yaşayarsınız.