İnsanın xətti ilə xarakteri arasındakı əlaqəni qrafalogiya adlı elm öyrənir. Bu elm insanın xəttinə görə onun ağlını, iradəsini, emosionallığını və s kimi keyfiyyətləri qiymətləndirməyə imkan verir. Məqaləmizdə insanın xəttinə görə onun şəxsi keyfiyyətlərini aşkar etməyə kömək edəcəyik:

    Yazı xəttinin ölçüsü insanın ünsiyyətcillik səviyyəsini müəyyən edir. Beləki, iri xətt sahibləri daha ünsiyyətcil və istiqanlı olurlar. Xırda xətt isə insanın özünə qapalılığı və gizliliyi haqqında xəbər verir.

    Yumru yazı xəttinə malik insanlar mehriban və nəzakətli olurlar.

    Yazı yazarkən qələmə təzyiq göstərərək az qala dəftəri yaran adamlar iradəli və güclü olurlar. Əksinə olaraq yazıda qələmə güc verməyib, əlini rahat buraxan insanlar bir qədər arxayın və səbirli insanlardır.



http://imageshack.com/a/img540/2186/g3GWFb.jpg

    Kalliqrafik xətt insanı səliqəli və məsuliyyətli insan kimi xarakterizə edir.

    Çəpəki və hərifləri yana uzadılmış şəkildə az sətirə yıxılan xətt aktiv, hər şeylə maraqlanan və şən ab-havaya malik insanlara məxsusdur.

    Anlaşılmaz xətt sahibinin enerjili, qayğısız və bir qədər əsəbiliyindən xəbər verir.

    Bitişik xətt (bütüm həriflər bir-birinə qaydasında bağlanıb) insanın məntiqli düşüncəyə sahib olduğunu izah edir. Yox, əgər həriflər bir-birindən aralıdırsa, bu insanın güclü intuisiyaya sahib olduğu anlamına gəlir.

    Optimist insanlarda sətirlər başlanğıcdan sona doğru yüksəlir. Pessimistlərdə isə əksinə olaraq aşağı enir.

    Düz sətirlər realistləri xarakterizə edir, hansı ki bu insanlar həmişə sakit olur və hər şeyə təfəkkürlə yanaşır.



http://imageshack.com/a/img538/1284/0qawG9.jpg