ABŞ xəstəxanalarının birində peyda olan pişik bu günə kimi 85-ə yaxın insanın ölümünü qabaqcadan hiss edib.
Hadisə şahidlərinin sözlərinə görə, 8 il ərzində Oskar xəstələrin vəziyyəti barəsində həkimlərdən daha dəqiq məlumat verib.
Pişik daha çox ömrünün son saatlarını yaşayan insanların yanında oturur. Əgər pişik ölməkdə olan xəstənin yanına girə bilmirsə, qapını cırmıqlamağa başlayır.
Klinikanın həkimləri pişiyin intuisiyasına o qədər inanır ki, Oskar xəstənin ölümünü xəbər verməyə başlayanda, həkimlər artıq onun qohumları ilə əlaqə saxlamağa başlayırlar.