Kiçik bir uşaqkən sevdiyimiz qəhramanlar kimi geyinməkdən daha çox həyəcan və xoşbəxtlik verici bir şey olmazdı deyə düşünürük. Bugünki, uşaqlardan da soruşsaq Disney filmlərindəki şahzadələr kimi geyinməyi ola biləcək ən əyləncəli oyun olaraq qəbul edəcəklər.
Bundan yola çıxaraq Holly Christensen və Bree Hitchcock adlı iki dost sevinməyə ehtiyacı olan uşaqlar üçün möhtəşəm bir layihə tətbiq etməyə başlamışlar: İngilis dilində “Magic Yarn Project” adlanan bu layihədə “xərçənglə mübarizə aparan balaca qəhrəmanlar üçün yumşaq, gözəl və toxunma saplardan pariklər” hazırlayırlar.
Qeyd edək ki, adi və sıradan pariklərdən bəhs etmirik. Bu pariklər balaca qızları Disney şahzadələri kimi hiss edə etdirmək üçün xüsusi olaraq hazırlanmışlar: Bunları taxıb Qarlar Ölkəsinin Elsa’sı, Balaca Dəniz qızı’nın Ariel’i olurlar 🙂
Bu layihənin hekayəsi beledir: Holly, əvvəllər onkoloji xəstəxanalarından birində çalışan tibb bacısı idi. Bir gün rəfiqəsinin kemoterapiya müalicəsi alan qızı üçün bir Rapunzel pariki toxuyur. Qısa zaman ərzində görür ki, ətrafındakı hər kəs bir dənə bu parikdən istəyir. Bunun fərqinə varan Holly bunlardan daha çox hazırlamağa qərar verir.
Xərçəng müalicələri mövzusunda təcrübəsi olan Holly, kemoterapiyanın balacaların saç dərilərini nazik və həssas hala gətirdiyini ifadə edir. Bu pariklərin əhəmiyyətli bir müsbəti də tam bu nöqtədə ortaya çıxır: Bunların alt hissəsində istifadə edilən material normal pariklərdən fərqli olaraq daha yumşaqdır.
Onu da qeyd edək ki, Holly və Bee bu işi pul qazanmaq üçün etmirlər. Son günlərdə iki dost GoFundMe adlı web sayt üzərindən pul toplamağa çalışırlar. Məqsədləri bu şahzadə pariklərindən daha çox istehsal edərək, pulsuz paylamaqdır!
Holly’nin də dediyi kimi, yetkinlik yaşına çatmayan bu körpələrin çətin zamanlarında həyatlarına kiçik bir sehr qatmaq böyük xoşbəxtlikdir. Ümid edirik ki planladıqları şəkildə lazım olan pulu təmin edə bilərlər və bir çox balaca körpəni sevindirə bilərlər!…