2013-cü ildən tutulduğu xərçəng xəstəliyi ilə mübarizə aparan Heather McManamy, təəssüf ki bir müddət əvvəl xərçəngə məbluğ olaraq, vəfat etdi. Nə qədər çətin dövrlər keçirsə də həmişə sevinciylə, gülümsəməsiylə xatırlanmaq isə ən böyük diləyi idi və ailəsiylə, dostlarıyla vidalaşmadan getmək ona yaraşmazdı. Ona görə vəfatından bir neçə gün sonra Facebook səhifəsində paylaşılmasını istədiyi bir məktubu ölmədən öncə həyat yoldaşına vermişdi. Həyat yoldaşı da, Heather McManamy’nin ölümündən sonra boğazımızı düyün-düyün edən o məktubu paylaşdı;



“Hər kəsə salam. Həyatımın eşqinin adından bu məktubu paylaşıram. Bunlar onun sözləridir. Və onu çox sevirəm. “
-Jeff Mcmanamy


“Sizə yaxşı və pis bəzi xəbərlərim var.. Pis xəbər odur ki, görünüşə görə mən ölmüşəm. Yaxşı xəbər isə bu yazıları oxuyursunuzsa, deməli o biri tərəfdə wifi var 🙂 Bəli bu bərbad bir şeydir… Sözlərlə izah edilə bilməyəcək qədər bərbad… Lakin mən sevgi dolu bir həyat yaşadım, əyləncəli və möhtəşəm dostlar qazandım. Açıqcası mən çox şanslıyam, həyatım boyu heç peşmanlığım olmadı. Həyatımı dolu dolu, enerjimin hamısını verərək yaşadım. Hamınızı çox sevirəm və bu möhtəşəm həyat üçün təşəkkür edirəm.



Dinin sizə verdiyi dinclik nə olursa olsun, bir dinə sahib olduğum üçün xoşbəxtəm… Ancaq dindar deyiləm. Lütfən, lütfən, lütfən Brianna’ya cənnətdə olduğumu söyləmə. Bunu söyləsən onu tərk edib başqa yerə getdiyimi düşünəcək. Əslində qızımla orada olmaq üçün hər şeyi etdim. Doğruları anlayacağı zamana qədər ona cənnətdə olduğumu söyləmə. Başı qarışmasın. Cənnətdə deyiləm çünki… Oradayam… Yalnız bərbad vücudum mənə kürəyini döndü. Mənim enerjim, mənim gülüşlərim, mənim sevgim, o inanılmaz xatirələrimizlə oradayam. Lütfən üzülmə və kədərlənmə. Gülümsə, çünki birlikdə olduğumuz zamanlarda çox əyləndik.


Lənət olsun.. İnsanları üzməyə nifrət edirəm. İnsanların gülməsini və güldürməyi hər şeydən çox sevirəm. Sonumun kədərli olduğunu düşünmək yerinə sevgi dolu gülümsəmələrlə gözəl xatirələrimizi düşün. Xahiş edirəm, Brianna ilə olan xatirələrimizi ona danış. Beləcə onu nə qədər sevdiyimi biləcək və onunla daim qürur duyacağımızı söylə (buranı havalı və qalın bir səs tonuyla söylə, xahiş edirəm ). Onun anası olmağı heç bir şeyə dəyişməzdim. Heç bir şeyə…. Dünyamıza gələnə qədər onunla keçən hər anın belə xoşbəxtliklə dolu olacağını düşünməzdim.



Xərçəngdən öldüyümü söyləmə… Xərçəng məndən hər şeyi almış ola bilər, amma əsla sevgimi, xoşbəxtliyimi, sevincimi ala bilmədi. Amma, “Hayat ilə olan mübarizəni bəzən ədalətli olmayan bir şəkildə itiririk.” Bu mübarizəni mən itirmədim. Xərçəng ilə illərlə yaşadım və bunu çox böyük bir zəfər olaraq görürəm.


Ən əhəmiyyətlisi həyatımı inanılmaz edən və çox sevdiyim ən yaxşı dostum olan Jeff ‘in sevgisi ilə 10 ilimizi birlikdə keçirmək qismət oldu. Həqiqi sevgi və ruh əkizi deyə bir şey var imiş… Hər günüm sevinc dolu idi, sevgi dolu Jeff həmişə yanımda idi. O yəqin ki, kainatın ən yaxşı həyat yoldaşıdır. Mənim bu anlarımda, bir çox insan məndən qaçmaq istəyərkən o heç tərəddüd etmədi. Hətta ən pis günlərdə belə birlikdə gülmək üçün bir səbəb tapdıq. Onu həyatdakı hər şeydən çox sevirəm. Zaman bu dünyadakı ən qiymətli şeydir və Jeff’ə uzun zamandır həyatımı paylaşdığı üçün minnətdaram. Səni sevirəm, Jeff. Bu möhtəşəmliyin və sevgimizin nəticəsində həyatımıza Brianna kimi möcüzəni gətirmiş olduğumuza inanıram.



Ürəyim razı olmasa da, vidalaşmağa məcburam. Bilirəm ki, etmək məcburiyyətində olduğum son şey səni üzür.. Zamanla, məni düşünəcəyini ümid edirəm və gülümsə, çünki çox gözəl bir həyatımız var idi. Google ‘dan fiziklərin məqalələrini tap və daim sizinlə birlikdə olmağımın elmi bir gerçək olduğunu oxu… Әlimdən gəldiyi qədər (ürküdücü bir şəkildə, mümkündür ) yanında olacağımı bilirəm. Mənim dünyam sənsən.


Dostlar, hamınızı çox sevirəm və bu həyat üçün təşəkkür edirəm. Və mənə belə inanılmaz diqqət göstərən möhtəşəm həkimlər və tibb bacılarına təşəkkür edirəm. Bu qrup mənə mümkün olan ən yaxşı günləri yaşatdı. Qəlbimin dərinliklərindən, bütün dostlarıma sağlam və uzun bir həyat diləyirəm. Əgər cənazəmə getsəniz, xahiş edirəm cənazəmdən sonra bara gedin. Hətta mənim üçün barda rəqs edin. Həyatın gözəlliyini dəyərləndirin. Məni də tanıyırsınız əyləncələri qaçırtmağı sevmirəm. Və inanıram ki, bir yolunu tapıb orada olacağam…



Uzun bir vidalaşma oldu… Görüşərik. Xahiş edirəm, mənə bir yaxşılıq et və hər gün bir neçə dəqiqə yanında olduğumu xəyal et… Bunu əsla unutma, hər gün olması çox əhəmiyyətlidir… “