“Walf of Wall street”-dən tanıdığımız Cordan Belfortu aktyor Leonardo di Kaprio Martin Skorsezin filmində möhtəşəm şəkildə təqdim etmişdir. Bəs real Cordan Belfort kimdir? Bu sualın cavabı aşağıda təqdim edəcəyimiz mətndə təqdim olunmuşdur.

http://imageshack.com/a/img661/4496/fnIvXZ.jpg

    Cordan Ross Belfort – amerikalı natiq-orator, yazıçı və keçmiş brokerdir. Qiymətli kağızlar bazarının manipulyasiyası və ucuz aksiyaların satışı üzrə dələduzluqda ittiham olunmuşdur. Hansı ki, buna görə 22 ay məhbus həyatı yaşamışdır.

    Cordan Belfort yəhudi əsilli amerikan ailəsində anadan olmuşdur. Onun valideynləri Maks və Liya Belfort mühasib işləyirdilər. Cordan Belfort Vaşinqtonda Amerika Universitetini biologiya ixtisası üzrə bitirmişdir. Cordan Belfort bir müddət stomotologiya üzrə Baltimor kollecində oxuyurdu. Lakin, müəlliminin “stomotologiyanın qızıl əsri bitmişdir” sözlərini eşitdikdən sonra, bu sahədən pul çıxara bilməyəcəyini düşünüb təhsilini atmışdır.

    Cordan Belfort karyerasına broker kimi ilk dəfə L.F. Rothschild şirkətində başlamışdır və ilk təcrübəsini də məhz burada qazanmışdır.

    1990-cı ildə Cordan Belfort “Stratton Oakmond” adlı broker şirkətinin əsasını qoyur. Hansı ki, bu kompaniya ucuz aksiyaların satışı ilə məşğul olur və investorları dələduz və qanunsuz müqavilələri imzalamağa vadar edirdi. Şirkətin mövcud olduğu illər ərzində Belfort firavan və təmtəraqlı həyat yaşayır, tez-tez bahalı qonaqlıqlar təşkil edir və metakvalon (bir çox ölkələrdə qadağan olunmuş sedaktiv təsirə malik və yuxu gətirən  dərman) asılığına düşür. Stratton Oakmond-un ştatda olan mindən çox işçisi vardı. Şirkət milyard dollarlıq maliyyə dövriyyələri həyata keçirirdi.

    Alabama ştatının qiymətli kağızlar üzrə komissarı Cozef Borqun ofisinə broker şirkəti haqqında gələn saysız-hesabsız şikayətlərdən sonra komissar şirkətin fəaliyyətini təqib edən və arşadıran məqsədli qrup yaradır. Tezliklə Cordan Belfortun şirkətinin dələduzluqla məşğul olduğu aşkar olunur.

    Cordan Belfort 1998-ci ildə dələduzluq və çirkli pulların yuyulması əməliyyatlarında ittiham olunmuşdur. FBİ ilə əməkdaşlıqdan sonra onun cəzası 22 ay təyin olunmuşdur. Cəzaçəkmə məntəqəsində keçirdiyi müddət ərzində C.Belfort 200 milyon dəyərində investorları itirmişdir. Bununla belə, Cordan Belfort müştəriləri aldadaraq onlardan yığdığı məbləği, 110,4 milyon dolları qaytarmaq üçün cərimə olunmuşdur. Həbsxanada olarkən Cordan Belfort Tommi Çonqla tanış olur, hansı ki, məhz Tommi Cordan Belforta öz həyatını qələmə almaq və təcrübəsini bölüşmək fikrini vermişdir.

    Azadlığa buraxıldıqdan sonra da onlar münasibətlərini davam etdirmişdirlər.

    Cordan Belfort bu günümüzdə də külli miqdarda borc və cərimə sahibidir. Bununla belə, şaiyələr var ki, Cordan Belfort əvvəli kimi təmtəraqlı və komfort həyat tərzi sürür. Bunlara əsaslanaraq kreditorlar ona qarşı şikayətlərini dayandırmırlar.

 

http://imageshack.com/a/img538/6684/X8tV8h.jpg

Real Cordan Belfort


Filmə Rus-dilində baxmaq üçün Bura

Türk-dilində baxmaq üçün isə Bura tıklayın