XX əsrin multfilm qəhrəmanı Vinni-Puh köprələri ekrana kilidləyən personajlardan idi. O gündən bu günə heç nə dəyişməyib. Bəzən tərs, bəzən tənbəl olsa da, ürəyi təmiz idi və bilirsinizmi, böyüklərin belə ondan öyrənəcəyi çox şey var. Vinni-Puh demişdir:
- Dostsuz keçən gün, içində bir damcı belə bal olmayan küp kimidir.
- Dost yıxıldığın zaman səni ayağa qaldıran, qaldıra bilməsə belə, yanında uzanıb, səni dinləyən kəsdir.
- Önəmli olan nəyinin deyil, kiminin var olmasıdır.
- Arxamca gəlmə, səni yarı yolda qoya bilərəm. Qabağımda getmə, sənə çatmay bilərəm. Sadəcə yanımda get, dostum ol.
- Bir sabah yanında olmasam unutma: inandığından daha cəsur, zənn etdiyindən daha güclü və düşündüyündən daha ağıllısan.
- Əlvidamı? Yox, xahiş edirəm! Biz birinci səhifəyə geri qayıdıb hər şeyə yenidən başlaya bilmərik?
- Kölgəndən heç vaxt qorxma. Çünki o, yaxınlıqda parlayan işiğa işarədir.
- Dost – sənin olan və sənin ola biləcəyin ən gözəl şeydir.
- Əgər sən 100 il yaşayacaqsansa, mən 100-1 il yaşamaq istəyirəm. Sənsiz bir günüm olmasın deyə.
- Bəzən sevgi bir neçə addım geri gedir. Sevdiyin kəsin xoşbəxtliyinə yol vermək üçün.
- Həyatımda vidalaşmağa çətinlik çəkdiyim birinin olduğu üçün çox şanslıyam.